Məhsulların idarə edilməsi üzrə aparıcı mütəxəssis

  • Aztelekom
  • Elanın qoyulma tarixi: 11.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • A-dan Z-yə müştəri təcrübəsinin mənimsənilməsi və idarə edilməsi (Ideation-dan Reporting-ə qədər bütün mərhələlərə sahiblənmək)
  • Gəlir və müştəri Təcrübəsi KPI-larına birbaşa cavabdehlik
  • Telekommunikasiya sahəsi üzrə məhsul və xidmətlər üzrə proqnoz verilməsi və biznes keyslərin həyata keçirilməsi
  • İT, Texniki, Müştərilərlə Əlaqələr, Satış və digər müvafiq departamentlərlə əməkdaşlıq edərək xidmət dizaynının yaradılması və təkmilləşdirilməsi
  • Çevik və dinamik korporativ mühitdə müştərilərin və daxili maraqlı tərəflərin biznes məqsədləri ilə yaxından işləmək
  • Məhsul və xidmətlərin təbliği, qiymətləndirmə və müştəri əldə etmə, eləcə də “Time to Market” strategiyasının icra edilməsi
  • Mövcud, eləcə də gələcək telekommunikasiya məhsul və xidmətlərin hazırlanması, optimallaşdırılması və bazara uyğunlaşdırılması
  • Proaktiv surətdə kommersiya imkanlarının araşdırılması, qoyulan hədəflərə çatmaq və müştəriyönümlü həllərin yaradılması
  • Müştəri profilinin inkişaf etdirilməsi məqsədilə xüsusi (ad-hoc) və ümumi bazar araşdırmalarının təşkili və aparılması
  • Online/offline kommunikasiya və satış kanallarının koordinasiyası, idarə olunması, və yeni kanalların yaradılması
  • Verilən məlumatlar əsasında hesabatın/analitikanın aparılması, məhsul hədəflərinin yerinə yetirilməsinin izlənməsi və ona uyğun tədbirlərin icra olunması

Tələblər:

  • Təhsil: Biznes, Marketinq, Kommersiya sahələri üzrə ali təhsil
  • MBA və ya Marketinq üzrə magistr təhsilinə üstünlük verilir
  • Oxşar sahələr üzrə minimum 3 il iş təcrübəsi (B2C və B2B xidmət məhsulları istiqamətində)
  • Dil bilikləri: Azərbaycan-əla,Rus-orta,İngilis-orta
  • Şifahi və yazılı ünsiyyət bacarığı
  • Güclü əməkdaşlıq və mövqeyini müdafiə etmə bacarığı
  • Sahiblənmə və biznes problemlərinin həllini fəal şəkildə tapmaq bacarığı
  • MS Office (Word, Excel, Powerpoint, Outlook) proqramları üzrə biliklər
  • Məlumata əsaslanan analitik düşüncə tərzinə sahib olmaq
  • Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı
  • Rəhbərlik qarşısında məlumatı effektiv şəkildə təqdim etmə bacarığı
  • “Multitasking” və sıx bir müddət ərzində təzyiq altında nəticələri təqdim etmək bacarığı

İşəgötürənin reytinqi