Marketinq Departamentinin direktoru

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 25.01.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DəmirBank ASC Marketinq Departamentinin direktoru vəzifəsinə işəqəbul elan edir.

İşin təsviri:

• Bankın marketinq fəaliyyətlərinin idarə edilməsi, Bankın bu sahələrdə strategiya və siyasətinin müəyyən edilməsi;
• Bankın strateji inkişaf planından və taktiki planlarından irəli gələn işlərin həyata keçirilməsi;
• Müvafiq departament və şöbələr ilə birgə marketinq, reklam və ictimaiyyətlə əlaqələr üzrə tədbirlər planının və illik büdcəsinin hazırlanmasında iştirak;
• Bankın brendinin gücləndirilməsi və imicinin yüksədilməsi üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsi;
• Yeni məhsulların yaradılması və şərtlərinin optrimallaşdırılması üzrə təkliflərin hazırlanması və tətbiqi;
• Departamentin müvafiq şöbəsi ilə birgə müxtəlif növ marketinq araşdırmalarının və təhlillərinin təşkili və həyata keçirilməsi;
• Departamentin müvafiq şöbəsi ilə birgə marketinq proqramlarının, veklam və PR kompaniyalarının / aksiyaların hazırlanması və keçirilməsinin təşkili;
• Departamentin müvafiq şöbəsi ilə birgə Bankın informasiya siyasətinin müəyyən edilməsi,  məlumat-mətbuat xidmətinin həyata keçirilməsi, Bankın fəaliyyətinin müxtəlif vasitələrlə, həmçinin KİV-lərdə işıqlandırılması, KİV-lərlə əlaqələrin dəstəklənməsi işlərinin təşkili;
• Müxtəlif biznes və sosial xarakterli tədbirlərdə Bankın təmsil edilməsi;
• Departamentin müvafiq şöbəsi ilə birgə filiallarda marketinq işinin təşkilində reklam və PR dəstəyinin təmin edilməsi;
• Bankın cari və potensial tərəfdaşları ilə marketinq sahəsində əlaqələrin qurulması, əməkdaşlıq layihələrinin və reklam / PR aksiyalarının hazırlanması və tətbiqi.

Namizədə qarşı tələblər:

• Marketinq, iqtisadiyyat, biznes iradəçiliyi, menecment üzrə ali təhsil (MBA dərəcəsi arzuolunandır);
• Marketinq sahəsində minimum 7 il, o cümlədən idarəetmə sahəsində minimum 3 il iş təcrübəsi (bank təcrübəsi arzuolunandır);
• CIM/PCM/NIMA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatların olması arzuolunandır;
• Azərbaycan, Rus və İngilis dillərində sərbəst şifahi və yazılı ünsiyyət qurma bacarıqları;
• Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqları;
• Bank və onun missiyasına yüksək dərəcədə sadiqlik nümayişi;
• Liderlik, təşəbbüskarlıq, dürüstlük, dayanıqlılıq, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə sahiblik;
• Yüksək dərəcədə komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti.


Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 09 fevral 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Marketinq Departamentinin direktoru) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.