Marketinq Araşdırması İstiqamətinin Baş Mütəxəssisi

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 07.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Bazarda mövcud olan konkret vəziyyət haqqında tədqiqatın həyata keçirilməsi;
  • Yeni təmayülləri, imkanları və rəqabət şərtlərini müəyyən etmək üçün dərin bazar tədqiqatının aparılması;
  • Nəzərdə tutulan marketinq strategiyalarını geniş məlumatlar əsasında tərtib etmək üçün istehlakçı davranışının, seçimlərinin və demoqrafik göstəricilərinin təhlil edilməsi;
  • Müvafiq məlumatları toplamaq üçün həm kəmiyyət, həm də keyfiyyət tədqiqat metodlarının istifadə edilməsi;
  • Dəqiqliyi və tamlığı təmin etməklə, bazar tədqiqi üzrə verilənlər bazalarının işlənib hazırlanması və müntəzəm şəkildə yenilənməsi;
  • Bazarın analitik mənzərəsini ümumi biznes məqsədlərinə uyğunlaşdırmaq üçün fərqli komandalarla əməkdaşlıq edilməsi;
  • Daxili maraqlı tərəflər üçün hərtərəfli hesabatların və təqdimatların hazırlanması;

Tələblər:

  • Təhsil: Müvafiq ixtisas üzrə Bakalavr və Magistr dərəcəsi;
  • Tələb olunan iş təcrübəsi: 3-5 il;
  • Lisenziya / Sertifikat: üstünlük hesab edilir;
  • Xarici dillər: İngilis/Rus;
  • Kompüter bilikləri: Microsoft Office, verilənlər bazası və statistik paketlər, SurveyMonkey, Tableau proqramları üzrə yüksək səviyyəli bilik və təcrübə;
  • Bank məhsullarının bazardakı mövqeyi haqqında biliklər;
  • Verilənlər bazası ilə işləmək bacarığı;
  • Riyazi biliklər;
  • SQL, Python, R proqramlaşdırma dilləri üzrə bilik və təcrübə: üstünlük verilir;
  • Mürəkkəb məlumatları istifadəçinin asanlıqla başa düşə bildiyi dərəcəyə qədər sadələşdirmək qabiliyyəti.

İşəgötürənin reytinqi