1C Proqramçı

  • 1SOFT
  • Elanın qoyulma tarixi: 07.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • 1C proqramlaşdırma, texniki dəstək, proqram inzibatçılığı sahəsində min 1 il iş təcrübəsi;
  • 1C proqramlaşdırma dilini mükəmməl şəkildə bilmək;
  • Sərbəst araşdırma qabiliyyəti, alqoritmik düşünmə, əla kommunikasiya bacarıqları və komanda ilə işləmə qabiliyyəti;
  • Yüksək analitik təhlil bacarığı;
  • Kompüter bilikləri (MS Office), Excell  və  1C 8.3 platforması üzrə biliyi mütləqdir;

Öhdəliklər:

  • 1C "Управление торговлей"(Ticarətin idarə edilməsi), 1С:Бухгалтерия предприятия(Müəssisə mühasibatlığı), 1C "Зарплата и Управление Персоналом"(Əmək haqqı və heyaətin idarə edilməsi), 1C "Управление производственным предприятием"(İstehsal müəssisənin idarə edilməsi) bazaları ilə bağlı təcrübə
  • 1C konfiqurasiyasında yeni modulların yaradılması və həmin modullar üzərində düzəlişlərin edilməsi
  • 1C proqram təminatında müxtəlif konfiqurasiyalar ilə mübadilə prosesini qurmaq
  • 1C platforma və məlumat bazasının adminstrativ idarə edilməsi
  • 1C üzrə proqramlaşdırma layihələrinin icrası
  • Biznes proseslərinin 1C sisteminin imkanlarına uyğunlaşdırılması üçün texniki həllərin hazırlanması, proqram kodlaşdırmalarına nəzarət edilməsi, praktik istifadədə biznes proseslelərə və hesabatlığa uyğun olmasının təhlili, düzgün işləmədikdə kodda dəyişikliklərin edilməsi;
  • Hazırlanan proqram təminatlarının istifadəsinin rahatlığına əmin olmaq
  • Yaradılan və mövcud sistemlərdə yaranan problemlərin həlli
  • Hazırlanan proqram təminatlarının sənədləşməsinin aparılması
  • 1C üzrə məlumat bazasının idarə edilməsi
  • Təkmilləşdirmələrin, yenilənmələrin həyata keçirilməsi zamanı şirkətin arxitekturasının bütövlüyünün qorunmasına nəzarət;
  • 1C üzrə konfiqurasiyasının idarəedilməsi
  • Konfiqurasiyanın tətbiq sahəsinin cari tələblərə, şirkətin hesabat siyasətinə və qanunun tələblərinə uyğun olmasını təmin etmək, yeni konfiqurasiyaların yaranmasının, onun yenilənməsinin monitorinqini aparmaq;
  • 1C üzrə texniki dəstək - 1C istifadəçilərinə gündəlik yaranan problemlərin həllində dəstək olmaq.

İş şərtləri:

  • Əmək haqqı - Müsahibə əsasında müəyyən olunacaq
  • İş rejimi: 5 günlük iş həftəsi
  • İş saatı: 09.00-17.00
  • İş yeri: Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 198

Göstərilən tələblərə cavab verən şəxslərdən CV-lərini “1C Proqramçı” adını qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.