Təchizat və stoka nəzarət üzrə baş mütəxəssis

  • Biopet.shop
  • Elanın qoyulma tarixi: 07.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifələriniz:

  • Təchizatçılarla görüşlərin keçirilməsi, danışıqların aparılması, təkliflərin alınması və qiymətləndirilməsi;
  • Təsdiq edilən təkliflər əsasında təchizat müqavilələrinin və sifarişlərin hazırlanıb icra edilməsi;
  • Tələb əsasında təchizatçılara sifarişlərin verilməsi və sifarişlərin anbara daxil olmasına qədər bütün prosseslərə nəzarət edilməsi;
  • Qəbul olunmuş məhsulların keyfiyyətini qiymətləndirmək və hər hansı uyğunsuzluqları barədə təchizatçılara və rəhbərliyə bildirilməsi;
  • Zəif satılan, istifadə müddəti başa çatmış və digər məhsullarına nəzarət edilməsi;
  • Tədarükçülərlə bağlı yaranan ödəniş gecikmələri, uyğunsuzluqları və digər problemlərin aradan qaldırılması;
  • Andarda F.I.F.O. standartların tədbiq edilməsi və onların əsasında anbarda məhsulların saxlanması;
  • Tədarükçülərə təyin olunmuş stok-günə əsasən hesablanmış ehtiyyacları sifariş halında təqdim etməsi və sifarişin təmin edilməsi;
  • Təyin olunmuş stok-gündən əlavə verilən insert, endirimli, kompaniyalı sifarişləri birbaşa rəhbəri ilə razılaşdırmaq və tədarükçülərə sifariş verilməsi;
  • Anbarlara gündəlik mal giriş və çıxışlarını nəzarətdə saxlanılması;
  • Tədarükçülərə məhsulların geri qaytarılmasını nəzarətdə saxlanılması;
  • Əsas anbar və filialların stoklarında “out of stock” və “over stock”ların nəzarətdə saxlanılması;
  • Sayım prosseslərinin planlanması və sayıma nəzarət edilməsi. Sayım nəticələrinin təhlil edilməsi.

Namizədlərə tələblərimiz:

  • Yaş – 25 – 35 
  • Pərakənda satış sahədə ən azı 3 il iş təcrübəsi
  • Yüksək səviyyədə Excel biliyi (ciddi tələbdir)
  • Ali təhsil (Maliyyə və ya oxşar sahədə arzuolunandır)
  • 1C proqram təminatında iş təcrübəsinin olması müsbət qarşılanır. 
  • Məsuliyyətlilik, komandada işləmə bacarığı
  • Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları.
  • Analiz və planlama bacarığı

İş haqqında məlumat:

  • İş qrafiki - 6 günlük iş rejimi

Biopet.shop Sizə nə təklif edir:

  • Cavan və peşəkar kollektivdə işləmək fürsəti 
  • Karyera inkişafı

Maraqlanan namizədlərin öz CV-lərini e-mail ünvanına göndərmələri xahiş olunur. Mövzu yerində Təchizat və stoka nəzarət üzrə baş mütəxəssis yazılması vacibdir və ya +994 10 232 92 67  əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərsiz.