Biznes Kreditləri üzrə Mütəxəssis

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 21.01.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DəmirBank ASC biznes kreditləri üzrə mütəxəssis vəzifəsinə (Bakı və Gəncə, Ağdaş, Şəmkir, Quba, Şəki, Qusar, Qazax, Şamaxı, Bərdə, Ağsu, Beyləqan filialları üçün) işəqəbul elan edir.

İşin təsviri:

Məhsullar üzrə kredit portfelinin təhlil olunması;
Yeni kredit məhsullarının filiallarda tətbiqi, kredit portfellərinə nəzarət;
Potensial müştərilərin cəlb edilməsi;
Birbaşa marketinq funksiyasını həyata keçirtmək;
Müvafiq kredit prosedurlarına uyğun olaraq ərizələr üzrə müştəri ilə sorğu keçirmək, müştərinin ərizəsini qəbul etmək, biznes sahəsinə vizitlər etmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq, kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək, kredit sənədlərini kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmiləşdirmək;
Kreditlərin ödənişlərinə nəzarət etmək və vaxtında ödənişləri təmin etmək.

Namizədə qarşı tələblər:

Ali təhsil  İqtisadi və riyazi təhsili olanlara üstünlük verilir;
Azərbaycan dilini yaxşı səviyyədə bilməli, rus dilini bilənlərə üstünlük verilir;
Satış qabiliyyətinə malik olmaq;
Analitik təhlil qabiliyyətinə malik olmaq;
MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olmaq;
Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmaq;
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq;

Qeyd: Müsabiqədə yalnız bəylərin iştirakı nəzərdə tutulur.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 fevral 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (biznes kreditləri üzrə mütəxəssis) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.