İşin təsviri
                
                
                                
                İş rejimi: 5 günlük (bazar ertəsi-cümə günü)
İş vaxtı: qarşılıqlı razılıqla 
İstirahət günləri: şənbə və bazar 
Əmək haqqı: 500 manat + satış faizi
Vəzifə öhdəlikləri:
	- Şirkətin fəaliyyət istiqaməti ilə əlaqədar xidmətlərin satış planının və strategiyasının hazırlanması;
 
	- Bazar araşdırmalarının aparılması, müştəri bazasının formalaşdırılması;
 
	- Satış planı ilə bağlı təqdimatların hazırlanması;
 
	- Bakı şəhəri və rayonlara işgüzar səfərlərin planlaşdırılması və icrası;
 
	- Müştərilərə xidmətlərlə bağlı ətraflı məlumatın verilməsi;
 
	- Satışı olan hər bir xidmət üzrə hesabatların hazırlanması və mütəmadi olaraq rəhbərliyə təqdim edilməsi;
 
	- Rəhbərliyin işlə bağlı tapşırıqlarının vaxtında icra edilməsi.
 
Namizədə tələblər:
	- Ali təhsilli;
 
	- Yaş məhdudiyyəti: 25-37 arası
 
	- Azərbaycan dilində mükəmməl, rus dilini yaxşı səviyyədə bilmək;
 
	- Mühasibatlıq və audit xidməti ilə bağlı məlumatlı olmaq;
 
	- Microsoft Office proqramlarını -WORD, EXCEL, POWER POINT yaxşı səviyyədə bilmək (POWER BI bilikləri üstünlükdür);
 
	- Məsuliyyət, düzgünlük, dəqiqlik, etibarlılıq, stressə davamlılıq və operativlik kimi müsbət göstəricilərə sahib olmaq; 
 
	- Analitik təhlil bacarığı.
 
	- Satış-Marketinq sahəsində azı 1 il iş stajının olması.
 
	- Şəxsi avtomobilinin olması.
 
Maraqlananlar CV-lərini elektron ünvanına 04.05.2024-cü il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində “Satış Meneceri” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.