Əyləncə mərkəzinin şöbə Müdiri

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 05.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil; 
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi; 
  • Əyləncə mərkəzinin iş prinsiplərinə və dinamikasına hakim olmali;
  • Əyləncə mərkəzinin büdcə və xərc hesabatlarını hazırlaya bilməli;
  • Əyləncə mərkəzindəki avadanlıqlar və oyun aparatlarının texniki xüsusiyyətləri və istifadə qaydalarını bilməli;
  • Əyləncə mərkəzinin təqdim etdiyi xidmət və məhsulların satış və marketinqini həyata keçirə bilməli;
  • Liderlik və üstün ünsiyyət bacarıqlarına sahib olmalı;
  • Əməyin mühafizəsi və avadanlıqlardan təhlükəsiz istifadə qaydalarını bilməli, ərazi daxilindəki bütün avadanlıqların müştərilər üçün hər zaman təhlükəsiz olmasını təmin etməli;
  • Microsoft Office proqramlarını bilməli;
  • Azərbaycan dili – əla, Rus dili – yaxşı, İngilis dili -  yaxşı səviyyədə bilməlidir.

İş haqqında məlumat:

  • Müştəri məmnuniyyətini təmin etmək məqsədilə əyləncə mərkəzinin səmərəli və standartlara uyğun fəaliyyətinin həyata keçirilməsi;
  • Sağlamlıq və gigiyena ilə bağlı bütün zəruri prosedurların düzgün və vaxtında həyata keçirilməsi;
  • Maliyyə büdcəsi, proqnoz hesabatlarının və tədbirlərlə bağlı xərc hesabatlarının hazırlanması;
  • Bütün sahələrin və avadanlıqların təmiz və hər zaman işlək vəziyyətdə olmasına nəzarət edilməsi;
  • İşçilərin idarə edilməsi, onlarla ünsiyyətin düzgün qurulması və gündəlik vəzifələrini yerinə yetirməyə həvəsləndirilməsi;
  • Mərkəzdə istifadə olunan bütün avadanlıq və materialların vaxtında təmin edilməsi və səmərəli istifadə edilməsinə nəzarət edilməsi;
  • Strateji satış və marketinq planlarının hazırlanması və həyata keçirilməsi;
  • Sektorun tendensiyalarından daim məlumatlı olmaq, rəqib fəaliyyətlərinin analizinin həyata keçirilməsi;
  • Müştəri yönümlü iş və xidmət yanaşmasının tətbiq edilməsi, müştəri rəylərinin və gözləntilərinin qiymətləndirilməsi;
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl edilməsi.

İş yeri: Bakı şəhəri

 

İşəgötürənin reytinqi