Smeta mühəndisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İnşaat üçün(yol tikitisi,avtomobil yollarının tikintisi,xüsusi torpaq işləri,beton və dəmir-beton konstruksiyaların quraşdırılması,fasad işləri) layihə smeta sənədlərinin hazırlanması
  • Bitmiş və ödənilmiş işlərin qeydiyyatı
  • Layihələrə cəlb edilən insan resurslarının xərclərinin hesablanması
  • Tədarükçülərlə əlaqələr təmin etmək və bu zaman normativlərin təmin edilməsi və sənədlərin hazırlanmasında məsuliyyət daşımaq
  • Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlayır və bu barədə arayış tərtib edir
  • Layihə büdcəsinə nəzarət
  • Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək
  • Yol tikinti və beton konstruksiya işlərinin qiymətləndirilməsində iştirak etmək;
  • Xərclərin analizi və optimalaşdırılması
  • Əlavə xərclərin proqnozlaşdırılması
  • Material və xidmətlər bazarındakı dəyişikliklərin monitorinqi, smetaların bazar qiymətləri ilə hesablanması;
  • Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını  sistemləşdirir
  • Lazım olduqda hesabat məlumatlarının və məsləhətlərin təqdim edilməsi
  • Tikinti zamanı baş verən dəyişikliklərə uyğun olaraq smetanın düzəlişləri
  • Texniki hesabatların hazırlanması (forma 2, forma 3, xərclərin analizi)

Namizəd aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

  • Müvafiq sahə üzrə (yol tikinti, tikinti) minimum 3 il iş təcrübəsi
  • Ali təhsil (müvafiq sahə üzrə)
  • Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri;
  • Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını;
  • Titul vərəqələrinin hazırlanmasını, aşkar olunan defektlərin cədvəlinin yazılma qaydasını və digər texniki sənədlərin hazırlanma qaydasını
  • Maliyyə aspektində smeta işlərinin təhlil edilməsi üçün iqtisadiyyat və hesablama ilə bağlı anlayış
  • İnşaat materiallarının nomenklaturası və inşaat prosesinin xüsusiyyətlərindən anlayış
  • MS Office (Excel, Outlook, Word), 1C, AutoCAD, Smeta+ proqramlarında iş təcrübəsi
  • Dəqiqlik, səliqə və detallara diqqət
  • Komandada işləmə və plana riayət etmə qabiliyyəti
  • Analitik bacarıqlar
  • Yeni metodların axtarılması üçün icra edilmiş layihələrdən nəticələr çıxarmaq və öyrənmə qabiliyyəti
  • Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını; müvafiq qanunvericilik aktları və normalarını bilmək;
  • Titul vərəqələrinin hazırlanmasını, aşkar olunan nasazlıqlar cədvəlinin yazılma qaydasını və digər texniki sənədlərin hazırlanma qaydasını bilmək;
  • Azərbaycan dili (əla), ingilis və rus dilləri arzu olunandır

İş şərtləri:  

  • İş qrafiki: Tam iş günü (6-cı gün qısa iş günü);  
  • İş yeri: Bakı və ya layihələrə uyğun regionlar
  • Əmək haqqı: Rəqabətə davamlı. 
  • Korporativ mobil nömrə

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Smeta üzrə mühəndis” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.

İstehsalat Tikinti Mexanizasiya Şirkəti tərəfindən digər vakansiyalar