Texniki istehsalat və smeta şöbəsi mühəndisi

İşin təsviri

 Texniki istehsalat və smeta şöbəsi mühəndisinin vəzifə təlimatları:

  • Layihə sənədlərinin layihə ilə nəzərdə tutulmuş spesifikasiyası, tikinti quraşdırma işlərinin fiziki həcmləri ilə uyğunluğunun yoxlanılması və sənədlər paketinin təmin edilməsi.
  • Layihə sənədlərinin smeta sənədlərinə uyğunluğunun və smeta sənədlərinin bazar qiymətlərinə uyğunluğunun düzgünlüyünü təmin etmək.
  • Təmir tikinti işləri üçün qüsur aktlarını texniki norma və qaydaların tələbinə uyğun olaraq tərtib etmək, hazırlanan sənədlərin smetalaşdırmaya göndərilməsini və hazırlanmış smetaların araşdırılmasını və düzgünlüyünü təmin etmək.
  • Lazım olan texniki məlumatların, işin göstəricilərinin və nəticələrinin təhlil edilməsi, sistemləşdirilməsi, müasir texniki vasitələrdən istifadə etməklə zəruri hesabatların hesablanması
  • Yerinə yetirilmiş TQİ-nin tərtib edilməsini və qəbulunu təmin etmək.
  • Qoyulmuş tələblərə, qüvvədə olan normalara, qayda və standartların tələblərinə əməl etmək.
  • Rəhbərlik tərəfindən tələb olunan hesabatların hazırlanmasını təmin etmək.

İş qrafiki:

  • Korporativ nömrə

Namizədə tələblər:

  • İş təcrübəsi: Müvafiq sahədə ən az 1 il
  • Kompüter bilikləri: MS Office (Word, Excel - yaxşı səviyyədə)

Tələb olunan fərdi və funksional keyfiyyət meyarları:

  • Şəxsi Avtomobil olması üstünlükdür
  • Yüksək dərəcədə riyazi düşüncə
  • Nəticəyönümlülük
  • Dəqiqlik

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İnşaat Mühəndisi" yazaraq göndərmələri xahiş olunur.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlaqə nömrəsi: (055) 201-97-58, (012) 202-32-21

RRM Təmir Tikinti tərəfindən digər vakansiyalar