Qrafik Dizayner

  • MER Group
  • Elanın qoyulma tarixi: 04.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyaları:

  • Mərkəzə aid olan layihələrin icrası zamanı lazımı qrafik eskizləri tərtib etmək və rəhbərliklə müzakirə etdikdən sonra müvafiq dəyişiklikləri tətbiq etmək.
  • Korporativ üsul və brenddən istifadə qaydalarına uyğun olaraq mərkəzin ümumi dizayn materiallarının hazırlanması və təhvil verilməsinə görə cavabdehlik daşımaq.
  • Verilmiş təlimatlar və informasiya əsasında dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsini təmin etmək.
  • Tərtibat prinsipləri və estetik dizayn konsepsiyaları əsasında dizayn, konsepsiya və nümunə tərtibatlarını yaratmaq.
  • Aparılan işlər üzrə marketinq məsələləri üzrə mütəxəssisə təqdim olunması üçün hesabatlar hazırlamaq.
  • Mərkəzin turizm məhsullarının şəkilləri, loqotipləri və internet səhifələri üçün qrafika, foto şəkilləri və tərtibatları yaratmaq.

Bilməlidir:

  • Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə rəhbərlik tərəfindən verilən şifahi, yazılı göstərişlərin mövcud qaydaların icrasını təmin etmək.
  • Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatları hazırlamaq və işlərin yüksək keyfiyyətlə icrasında məsuliyyət daşımaq.
  • Müvafiq sahədə Ali təhsil;
  • Müvafiq sahədə iş təcrübəsi 3 ildən az olmayaraq.
  • Kompüter bilikləri: Ms Windows sistemi, Microsoft office proqramları, İnternet brauzer proqramları və s. (yüksək səviyyədə).
  • Adobe PhotoShop , Adobe İllustrator kimi qrafik proqramlarda çalışmaq (Adobe After Effects və Adobe Premiere) proqramlarında çalışmaq üstünlükdür
  • 3D animasiya videolarının və Motion-design çarxlarının hazırlanması (Video montaj) bilikləri üstünlükdür
  • Əl ilə eskizləri çəkmək bacarığı arzu ediləndir;
  • İşə qarşı məhsuliyyətli, dəqiq, səmimi, nizam-intizamlı;
  • Kreativ, zöqlü, sürətli işləmə bacarığı;
  • Müstəqil və komanda şəklində işləmək bacarığı
  • Rus dillərini bilmək arzu ediləndir;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur

CVlər “Qrafik dizayner” başlığı ilə mail adresinə göndərilsin. Yalnız birinci mərhələdən keçmiş namizədlərlə əlaqə saxlanılacaq.

MER Group tərəfindən digər vakansiyalar