Kredit mütəxəssisi, Aparıcı kredit mütəxəssisi, Menecer

  • Qarant Kredit
  • Elanın qoyulma tarixi: 01.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Qarant Kredit Lombard” MMC Tovuz, Ağstafa, Masallı,Qazax şəhərlərində  yeni yaradılacaq və mövcud olan Filiallarına “Kredit mütəxəssisi, Aparıcı kredit mütəxəssisi, Menecer” vakansiyaları elan edir.

Əsas vəzifə və öhdəlikləri: (Menecer vəzifəsi üzrə):

  • Filialın kredit portfelinin idarə olunması və idarə olunmasına nəzarət
  • Filial üçün prioritetlərin və məqsədlərin tətbiq olunmasına cavabdehlik
  • Filial portfelinin və müştəri  bazasının ən yüksək mümkün keyfiyyətdə saxlanmasına məsuliyyətlilik
  • Problemlərin, risklərin idarə edilməsi, həlli yollarının araşdırılması, həll edilməsinə nəzarət
  • Ümumi hədəf və məqsədlərə təsir göstərə bilən filial əməliyyatları ilə bağlı məsələlərdə Baş Ofis və digər filialları əlaqələndirilməsi
  • Tələb olunan hesabatları dəqiq və vaxtında verilməsi
  • Filialın hədəf və məqsədlərinə nail olmaq üçün işçi heyətini həvəsləndirmək və ruhlandırmaq
  • Təşkilatın xidmətlərinin yaxşılaşdırılması və rəqabətliliyinin təmin edilməsi üçün digər kredit təşkilatlarının daxil olduğu ərazilərdə bazar fəaliyyətinin məlumatlarını öyrənilməsi
  • Filialın effektiv  büdcəsini işləmək və planlaşdırmaq, maliyyə hədəflərinə çatmaq üçün fəal iştirak etmək
  • Bütün kredit verilmə prosesini və müəyyən edilmiş prosedurları nəzarətdə saxlamaq
  • Girov əməliyyatlarının  yerinə yetirilməsinin prosedurlara uyğunluğuna nəzarət etmək
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək
  • Kreditlə bağlı işçilərin, kreditlərin diversifikasiyasına nəzarət və müvafiq tapşırıqlar vermək, bölgüyə nəzarət etmək
  • Kreditlə bağlı tələb olunan sahə səfərlərini təşkil etmək
  • Baş ofis ilə həvəsləndirmə strategiyasının və marketinq planın hazırlanmasındasında  fəal iştirak etmək
  • Qızıl qəbulu prosesində iştirak edir və qızıl qəbulu və qaytarılması aktlarını şirkət adından imza  və möhürlə təsdiq etmək
  • Heyətin idarə edilməsi ilə bağlı müvafiq təklif və qərarların verilməsi

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:

  • İqtisadiyyat / Maliyyə sahəsində ali təhsil və 3 il müvafiq sahədə təcrübə (Bank, BOKT, Lombard)
  • Vəziyyəti düzgün qiymətləndirmək və qərar qəbul etmək
  • Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq
  • Kompüterdə, Outlook, MS Word və Excel proqramlarında işləmək

Əmək haqqı Menecer vəzifəsi üzrə 700-1500AZN, təyin olunur.

 

Əsas vəzifə və öhdəlikləri: (Kredit mütəxəssisi və Aparıcı kredit mütəxəssisi)

  • Müştəri cəlbi, birbaşa marketinq funksiyalarını həyata keçirmək;
  • Kredit portfelinə nəzarətin həyata keçirilməsi;
  • Müştərilərə təşkilatın kredit məhsulunun şərtləri barədə ətraflı məsləhət vermək;
  • Rəhbərliyin tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək.;
  • Müştərilərlə uzunmüddətli əməkdaşlığı təmin etmək məqsədi ilə operativ xidmət göstərmək;
  • Gecikmədə olan müştərilərlə əlaqə saxlamaq və aylıq ödənişlərin həyata keçirilməsini təmin etmək;
  • Şirkətlərdə və müəssisələrdə təqdimat və digər nümayəndəlik funksiyalarının həyata keçirmək.

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:

  • İqtisadiyyat / Maliyyə sahəsində ali təhsil və 1 il müvafiq sahədə təcrübə ( Bank, BOKT, Lombard)
  • Vəziyyəti düzgün qiymətləndirmək və qərar qəbul etmək
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • Müştərini cəlbetmə bacarığı
  • Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq
  • Ofis proqramlarında Outlook, MS Word və Excel proqramlarında işləmək

Əmək haqqı namizədin bilik və təcrübəsindən asılı olaraq Kredit mütəxəssisi vəzifəsi üzrə 400-800AZN,  Aparıcı kredit mütəxəssisi üzrə 800-1200 AZN təyin olunacaq.

Maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “ vəzifə adı və şəhəri” göstərməklə e-mail ünvanına  göndərsinlər.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.