Smeta üzrə mühəndis

  • AZCD Group QSC
  • Elanın qoyulma tarixi: 01.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Tikinti layihələrinin ümumi dəyərini müəyyən etmək üçün işçilik, tikinti materiallarını və tikintiyə sərf olunan xərcləri qiymətləndirmək;
  • Sifarişçi və layihə rəhbərləri üçün yazılı təkliflər, xərclər smetası və büdcə hazırlamaq;
  • Yeni layihə üzrə müştəri tələbləri haqqında məlumat əldə etmək üçün sahələri ziyarət etmək;
  • Təqdim olunan təkliflər və büdcələr üzrə sifarişçilər ilə qarşılıqlı əlaqə saxlamaq və danışıqlar aparmaq;
  • Müqavilə təklifləri,  layihələr və spesifikasiyalar əsasında tikinti layihələri üçün materialların, əmək və avadanlıqların, subpodratların ehtimal olunan xərclərinin smetalarını hazırlamaq;
  • Tender prosedurları ilə bağlı məsləhətlər vermək, tenderlərin araşdırılması və təhlil edilməsi prosesində iştirak etmək;
  • Xərclərin monitorinqinin, hesabat sistemlərinin və prosedurlarının hazırlanması prosesində iştirak etmək.

Tələblər:

  • Ali təhsil (İnşaat mühəndisliyi, inşaat sahəsi üzrə idarəetmə və ya digər uyğun ixtisas);
  • Tikinti sahəsində (layihənin qiymətləndirilməsi və ya tikintinin idarə edilməsi) minimum 4-5 il iş təcrübəsi.
  • İngilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır;
  • MS Office, AutoCAD üzrə yüksək səviyyədə bilik və tikinti xərclərinin idaəredilməsi üzrə əlavə proqram təminatından istifadə təcrübəsi;
  • Analitik düşüncə, güclü riyazi hesablama və vaxtın idarəedilməsi üzrə bacarıqlar;
  • Ezamiyyətə gedə bilmək.

İş şərtləri:  

  • İş qrafiki: Tam iş günü (5 gün);  
  • İş yeri (Bakı)  
  • Könüllü tibbi sığorta
  • İş saatları: 09:00-18:00;
  • Əmək haqqı: Rəqabətə davamlı. 

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Smeta üzrə mühəndis” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.