İnsan Resursları üzrə Koordinator

  • Vertex
  • Elanın qoyulma tarixi: 01.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür:

  • Əmək qanunvericiliyinə, şirkət nizamnaməsi və təlimatlara uyğun işçilərin işə qəbulu, köçürulməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin sənədlərini rəsmiləşdirilmək.
  • Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışlar vermək, əmək kitabçalarını qorumaq, kadrlar üzrə təyin olunmuş sənədləri icra etmək.
  • Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək.
  • LinkedIn-də və digər portallarda iş elanlarını və vakansiyaları təmin etmək, rezyumelərin nəzərdən keçirilməsini və müsahibənin planlaşdırılmasını təmin etmək. 
  • İnsan Resurslarına aid auditlərdə iştirak etmək və müvafiq hesabatların hazırlanmasında yardım etmək.
  • İşçilərin təlim və inkişaf proqramlarını koordinasiya etmək.
  • İşçilərin tibbi müayinə koordinasiyası
  • Marketinqin gücləndirilməsinə yardım və koordinasiyası (məsələn, web-siteda dəyişikliklərə görə podratçı şirkətə müraciət etmək).
  • Şirkətdə olan yeniliklər və mühüm proyektlərə dair xəbərlərin hazırlanması, şəkillərin seçilməsi və meil vasitəsi iliə müvafiq partnyor və ya potensial partnyorlarla göndərilməsi
  • ISO yoxlamaların iştirak etmək
  • Tenderlər üçün İnsan Resurslarına dair müvafiq sənədlərin təqdimatı
  • Gündəlik işlərin korporativ proqramına işlənilməsi
  • Maliyyə Departamentinə müvafiq məlumatların təqdim olunması

Tələblər:

  • Ali Təhsil
  • Peşə üzrə sertifikatların olması arzu olunandır
  • İş təcrübəsi: Minimum 5 il
  • Azərbaycan və İnglis dillərini mükəmməl səviyyədə bilməsi, Rus dili bilmək arzu olunandır
  • Kompyuter bilikləri: MC Office

İş şərtləri:

  • İş saatı 1-5-ci günlər 09:00-dan 18:00-a kimi./ və ya 08:00-dan 17:00-a kimi
  • İstirahət: Şənbə və Bazar günləri

Yuxarıdaki şərtlərə cavab verən namizədlər mövzuda “İnsan Resursları üzrə Koordinator” yazıb emeail-ə göndərə bilərlər.