Satış və marketinq mütəxəssisi (Şəmkir)

  • Shamkir Agropark
  • Elanın qoyulma tarixi: 29.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müəssisənin marketinq strategiyası inkişafı üçün təbliğat və reklam işlərini həyata keçirilməsinə nəzarət edir. 
  • Korporativ satış planının hazırlanması və planın əsasında işin aparılması
  • Daxili bazarın vəziyyətini, onu maraqlandıran məhsul və xidmətlərə tələb və təklifi daim öyrənir,
  • Şirkət məhsullarının satışını təşkil etmək
  • Mövcud müştəri bazasının genişləndirilməsi
  • Satış nöqtələrinin vaxtlı vaxtında yoxlanılması
  • Satış hədəflərinin vaxtlı vaxtında icra olunması
  • Təklif etdiyimiz məhsullar və xidmətlərlə bağlı müştərilərə dolğun məlumat vermək
  • Satış nöqtələrimizdə yaranan çatışmamazlıqların aradan qaldırılması
  • Bilavasitə rəhbərliklə razılaşdırdıqdan sonra daxili bazarda müxtəlif şirkətlərin nümayəndələri, potensial müştərilər, müəssisənin partnyor-şirkətlərinin nümayəndələri ilə danışıqlarda iştirak edir, görüşlər təşkil edir,
  • Satış həcminin artırılması və müştərilərin cəlb ediməsi üçün müxtəlif tədbirlər, kampaniyalar hazırlanmasına göstərişlər verir, təklifləri nəzərdən keçirir,
  • Tədarük olunmuş məhsulun satılmasını təmin edir, vitrinlərə düzülməsinə nəzarət edir, satış nöqtələrində reydlər aparır,tədarükdə iştirak edir
  • Şirkətin məhsulunu daxili və xarici bazarda tanıtdırmaq

Namizədə tələblər:

  • Satış sahəsində ən azı 3 il  iş təcrübəsi olmalıdır;
  • Ali təhsil (Maliyyə, iqtisadiyyat, marketinq, biznesin təşkili və idarəedilməsi üzrə təhsili olanlara üstünlük veriləcəkdir)olmalıdır;
  • MS Office və İnternet, E-Mail-dən istifadəni bilməli;                                            
  • Diqqətli və məsuliyyətli olmalıdır;
  • Məntiqi, analitik və yaradıcı düşünmə qabiliyyəti olmalıdır;
  • Satış üzrə treninqlərə aid sertifikatlar olmalıdır;
  • Azərbaycan, ingilis və rus dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət qurma bacarığı olmalıdır;

Əlavə məlumat:

  • İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
  • İş yeri Şəmkir ş.

Maraqlanan şəxslər öz CV formalarını Satış və marketinq mütəxəssisi (Şəmkir) başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.

CV-lərin təqdim ounması ilə bağlı son tarix 15.03.2024