Mikrobioloq - texnoloq (Şəmkir)

  • Shamkir Agropark
  • Elanın qoyulma tarixi: 20.04.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mikrobiologiyanın əsaslarını, tətbiq olunan reaktivlərin xüsusiyyətlərini və onlara qoyulan tələbləri, bəsləyici mühitlərin hazırlanmasının texnoloji prssesini, mikroblor üçün qida mühitinin texnoloji prossesini bilməlidir;
  • laboratoriyada olan avadanlıq, qurğu, aparat və cihazlardan istifadə qaydasını bilməli;
  • Steril şəraitdə işlənmə qaydalarını bilməli;
  • Mikrobioloji təcrübənin aparılması qaydasını bilməlidir; 
  • Laborant-mikrobioloq ona həvalə edilmiş vəzifə öhdələklərinə uyğun olaraq mikrobiloji tətqiqatlar aparır;
  • Mikrobioloji tətqiqatların analtik və dioqnastik cəhətdən etibarlı metodlarından istifadəni təmin edir;
  • Mikrobioloji tətqiqatların yeni metodlarının və laboratoriya avadanlıqlarının istifadə edilməsi və tətbiqində iştirak edir;
  • Təlimata əsasən cihaz və avadanlıqları yoxlamaq və təmizləmək, ekspermentlərin aparılmasında iştirak etmək;
  • Yığım mövsümündə bağdan Soyuducu Anbara saxlanca göndərilmiş meyvələrin yığıma hazırlığının test edilməsi;
  • Testlərin nəticəsinə əsasən yığım icazəsinin verilməsi;
  • Məhsulların çeşid uyğunluğu, texniki göstəriciləri nəzərə alınmaqla saxlanca verilməsi;
  • Kameralara məhsulların vaxtında yerləşdirilməsi və dərmanlanmasının təmini;
  • Kameraların səmərəli istifadəsinin təşkili və enerji sərfiyyatının azaldılması;
  • Soyuducu kameraların təyin edilmiş saxlanc şərtlərinin monitorinqi və məlumatların ötürülməsi;
  • Kameralarda yerləşdirilmiş məhsulların vəziyyətinin standartlar çərçivəsində test edilməsi və hesabat hazırlanması;
  • Kameralar və kamera koridorlarının təmiz saxlanılmasına, dezinfeksiya edilməsinə, mövsüm sonunda yuyulmasının təşkil edilməsi;
  • Baş vermiş texniki və sistem nasazlıqlarının mühəndis ilə əlaqəli aradan qaldırılması;
  • Qablaşdırma prosesində keyfiyyətə nəzarət işinin təşkili və testlərin həyata keçirilməsi.

Namizədə tələblər:

  • Laboratoriya  sahəsində ən azı 3 il  iş təcrübəsi .
  • Aşağıdakı sahələr üzrə bilik və bacarıqlara malik olmalıdır:
  • Məhsul çeşidlərinin texniki göstəriciləri;
  • Məhsulun erkən və gec yığılarkən baş verə biləcək xəstəliklər;
  • Sərtlik ölçən, etilen ölçən, yod testi, şəkər testi kimi avadanlıqlar ilə işləmə qaydası;
  • Məhsul spesifikasiyalarına əsasən soyuducu anbarda saxlama şərtləri;
  • Meyvələrdə baş verən xəstəliklər və onların dinamikası haqqında məlumatlılıq;
  • Kimyəvi elementlərin meyvələrə təsiri;
  • İlkin kompyüter bilikləri.
  • Ali təhsil tələb olunan sahələr üzrə( mikrobioloq,keyfiyyətə nəzarət,texnoloq və s.)
  • MS Office proqramlarında (xüsusi ilə excell) sərbəst işləmək, 1 C proqramını bilmək .     

Məsuliyyəti:

  • Saxlancda olan məhsulların təyin olunmuş vaxtlarda test edilməsi və hesabat tutulmasına cavabdehdir;
  • Qeyri iş vaxtlarında işıq mənbələrinin ayrılmasına və enerji sərfiyyatına cavabdehdir;
  • Məxfi informasiyanın və şirkət sirlərinin saxlanmasına görə məsuliyyət daşıyır;
  • Bu “Vəzifə təlimatı” ilə müəyyənləşdirilmiş vəzifələrin icra edilməsinə, SAK direktorunun əmr və tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır;
  • Təhvil–təslim aktı və ya maddi məsuliyyət müqaviləsi ilə ona təqdim olunmuş inventara və məhsula görə məsuliyyət daşıyır;
  • Əmək intizamına və müəssisə daxili intizam qaydalarına əməl etməlidir;

Digər öhdəliklər:

  • Əmlak təhlükəsizliyi, ilkin tibbi yardım, yanğın və fövqəladə hal prosedurları ilə tanış olmaq və avadanlığı təhlükəsiz və düşüncəli tərzdə istismar etmək;
  • Təhlükəli vəziyyətin aradan qaldırılması üçün tədbir görmək və aidiyyəti şəxslərə potensial təhlükələr haqqında məlumat vermək.
  • Qanunvericilik və təşkilatdaxili prosedurların tələblərinə riayət etmək;
  • Geyim kodeksi tələblərinə, xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartlara riayət etmək;
  • Peşəkar iş münasibətləri çərçivəsində fəaliyyət göstərmək;
  • Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək;
  • Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək.                                     

Əlavə məlumat:

  • İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
  • İş yeri Şəmkir ş.

Maraqlanan şəxslər öz CV formalarını Mikrobioloq-texnoloq (Şəmkir)" başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.

CV-lərin təqdim ounması ilə bağlı son tarix 01.05.2024