Verilənlər Bazasının Proqramlaşdırılması şöbəsində mütəxəssis/aparıcı mütəxəssis (SQL Developer)

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Biznes strukturlardan daxil olan tələblərin analiz edilməsi;
  • İstifadəçilərin tələblərinə cavab verən yeni statistik və analitik hesabatların tərtib olunması və mövcud hesabat sorğularının dəstəklənməsi;
  • Mövcud sorğular üçün optimallaşdırma işlərinin (performance tuning) edilməsi;
  • Komanda yoldaşlarına dəstək və tövsiyyələrin verilməsi.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Oracle SQL, PL/SQL, PostgreSQL;
  • Compas programı üzrə bilik arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili və İngilis dili arzuolunandır;
  • Analitik düşünmə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı;
  • Müvafiq sahə üzrə sertifikatları olan namizədə üstünlük veriləcəkdir.
  • Bank sektorunda iş təcrübəsi olan namizədə üstünlük veriləcəkdir.
  • Agile metodologiyası barədə məlumatlı olmaq ( biliyi arzuolunandır).

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissədə “SQL Developer qeyd edərək, 14 Mart 2024-cü il tarixinədək elektron ünvanına göndərə bilərlər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi