Qrafik dizayner (1 illik sosial məzuniyyət yerinə)

İşin təsviri

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafat.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil;
  • Qrafik və "motion" dizayn sahəsində iş təcrübəsi sahəsində 3 ildən az olmayaraq əmək stajı;
  • Azərbaycan dilində səlis yazmaq və danışmaq bacarığı;
  • "Adobe Creative Cloud"a daxil olan qrafik və hərəkətli ("motion") dizayn proqramlarında işləmə bacarığı;
  • Xarici dil bilikləri arzuolunandır;
  • Ofis proqramları üzrə biliklər.

Görəcəyiniz işlər: 

  • Sosial media üçün kontentlərin dizayn olunması;
  • Tədbirlər üçün qrafik dizayn məzmunlarının hazırlanması;
  • Reklam kampaniyaları üçün qrafik dizayn məzmunlarının hazırlanması;
  • Agentliyin stil bələdçisinin təkmilləşdirilməsi istiqamətində təkliflərin verilməsi;
  • Marketinq və brendinqlə bağlı digər qrafik dizayn işlərinin icrası.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Bakı şəh., Lev Tolstoy 170

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 11.03.2024-cü il;
  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.