Kredit İnzibatçılığı üzrə Mütəxəssis

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 28.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Çek List üzrə MM-dən bütün zəruri sənədlərin toplanması;
  • Müqavilələrin tərtib edilməsi;
  • ABS-də kredit şərtlərinin yığılması;
  • Girovlarin ABS-də qeydiyyatinin aparilmasi;
  • Notariat və qeydiyyat işlərinin icra edilməsi;
  • Audit və hüquq departamentlərinə keyslərin ötürülməsi;
  • Gündəlik kreditlər üzrə əməliyyatların aparılması;
  • Maliyyə arayışlarının hazırlanması;
  • Kredit fayllarının hazırlanması (şərtlər və girovlar daxil olmaqla);
  • Məlumatın dəqiqliyinin yoxlanılması (həm elektron, həm də kağız daşıyıcıda);
  • Müştəri şərtlərinin və müntəzəm kredit ödənişlərinin monitorinq edilməsi;
  • Əməliyyatlarla bağlı sənədlərin saxlanması və lazımi məlumatın elektron məlumat bazasına daxil edilməsi;
  • Bankın kredit əməliyyatlarının effektiv icrasına dəstək göstərilməsi;
  • Müvafiq daxili və xarici qayda və proseslərə uyğun olaraq işlərin icra edilməsi;
  • Hər hansı kreditlə əlaqəli istənilən növ suallarin cavablandırılması;
  • Bəzi kredit məsələləri, zəruri girov sənədləri ilə bağlı izahatlar vermək üçün müştərilərlə ünsiyyətin qurulması, bütün bunların yoxlanılması və notarial qaydada rəsmiləşdirilməsi.

Sizdən nə tələb olunur?

  • Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
  • Tələb olunan iş təcrübəsi: kredit inzibatçılığı üzrə minimum 1 il 
  • Xarici dillər: Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (orta), Rus dili (orta)
  • Kompüter bilikləri: Microsoft Office (Excel, Word, PowerPoint)
  • Məhsul üzrə biliklər: AİF ipoteka kreditləşmə prosesi. Müvafiq daxili siyasət və prosedurlar, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri
  • Başqa tələblər: Hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı

İşəgötürənin reytinqi