Mühasib köməkçisi (Ağsu, Şəmkir, Quba)

İşin təsviri

 

“Vijn Fond AzərKredit” MMC Ağsu, Şəmkir və Quba filiallarına Mühasib köməkçisi vəzifəsinə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəliklər:

• Təşkilatdaxili mühasibat uçotunun aparılması
• Gündəlik maliyyə-mühasibat sənədlərinin, habelə gündəlik və aylıq hesabatların hazırlanması
• Bütün növ (inzibati/kommersiya və s.) xərclərinin uçotunun aparılması
• Mini kassa üzrə gündəlik əməliyyatları icra etmək;
• Ödəniş üçün çekləri hazırlamaq;
• Hesablamaları yoxlamaq və dəqiqliklə hesablar sisteminə köçürmək;
• Ödəmə prossesinin icrası məqsədiilə bankla əlaqə qurmaq

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

• İqtisadiyyat, maliyyə/mühasibatlıq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
• Müvafiq sahədə ən azı 1 illik iş təcrübəsi;
• MS (xüsusi ilə Excel), 1C və digər uçot proqramlarına dair mükəmməl bilik və təcrübə;
• Cari mühasibatlıq, bank və vergi qanunvericiliyini bilmək;
• Beynəlxalq və yerli maliyyə hesabatlarının standartları üzrə biliklər;
• Azərbaycan dilində sərbəst yazı və danışıq qabiliyyəti (ingilis dili arzu olunandır);
• Əla ünsiyyət qurma və işçi heyəti ilə işləmək bacarığına malik olmaq;
• Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Dinamik, stresə davamlı, təşəbbüskar, qərar qəbul etmə bacarıqlı.

İş üçün anket formaları 30 yanvar 2014-cü il tarixinədək aşağıda göstərilmiş e-məktub vasitəsilə və ya müvafiq filialın ofisinə təqdim etməklə qəbul olunur. İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından və ya müvafiq filialın ofisindən əldə edə bilərsiniz.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Məsələn: Ağsu filialına Mühasib köməkçisi) göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

QEYD: İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected];               Faks: (+994 12) 597 30 39
              [email protected]