Qeydiyyatçı

İşin təsviri

Tam iş günü

Maaş: 650 AZN net

Namizədə tələblər:

  • Ali təhsil;
  • İxtisası üzrə azı 1 il iş təcrübəsi;
  • Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini yüksək səviyyədə bilmək;
  • MS Office və Windows proqram paketlərindən istifadə təcrübəsi;
  • Tolerant, səmimi olmaq, habelə iti, tənqidi və məntiqi təfəkkürə malik olmaq;
  • Şagird və valideynlərlə, Məktəbin rəhbər, pedaqoji və yardımçı personalı ilə səmərəli ünsiyyətin qurulması sahəsində yüksək səriştəlilik nümayiş etdirmək.
  • Pozitiv və gülərüz olmaq.

Öhdəliklər:

  • Ümumi işin xeyrinə vahid bir komandada işləmək.
  • Müxtəlif situasiyalarda müstəqil qərarlar vermək.
  • Zəngləri cavablandırılması və yönləndirilməsi, e -poçtlara cavab vermək, qonaqları qarşılamaq və göndərmək.
  • Qeydiyyat işlərinin aparılması, təlimatı və nəzarətinə görə məsuliyyət.
  • Gündəlik tədbirlərin və keçiriləcək görüşlər haqqında məlumatlandırmanın paylaşılması.
  • Valideynlərin şikayət və təklifləri haqqında hesabat verilməsi, təqvimə bütün tədbirləri, görüşləri və ekskursiyaları əlavə edib və təşkil edilməsi

Maraqlanan namizədlər (Word və ya PDF formatında) 1) sizin maraq və müvafiq vəzifəyə uyğunluq haqqında məktub (250-300 söz) və 2) cari CV şəkil ilə birlikdə təqdim etməlidirlər. Bu materiallar mövzu hissəsində iddia etdiyiniz vəzifənin adı (Qeydiyyatçı) qeyd olunmaqla elektron ünvanına göndərilməlidir.

Yalnız seçilmiş namizədlər dəvət olunacaq. Qəbul prosesi müvafiq prosedura uyğun keçiriləcəkdir.

Əmək haqqı ixtisas səviyyəsinə görə müəyyənləşdiriləcək.

Son müraciət tarixi: 7 Mart 2024

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi tərəfindən digər vakansiyalar