Satış mütəxəssisi

İşin təsviri

Təsvir:

  • Satış ilə bağlı bazar araşdırmalarının aparılması, müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması, internet və digər media kanalları üzərindən potensial müştərilərin və tenderlərin axtarışı;
  • Müştəri bazasının formalaşdırılması və korporativ münasibətlərin qurulması;
  • Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və təqdimatların hazırlanması;
  • Sorğuların qəbul olunması, qiymətləndirilməsi və təkliflərin göndərilməsi;
  • Tələb əsasında müqavilələrin hazırlanması, satış sonrası müvafiq sənədləşdirilmələrin aparılması və ödəmələrin izlənilməsi;
  • Biznes əlaqələrinin maksimallaşdırılması və müştəri xidmətlərinin inkişaf etdirilməsi;
  • Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
  • Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Satış planına uyğun işlərin aparılması;

Tələblər:

  • Şəxsi maşını olan kişi namizədlər.
  • Təhsil: Ali təhsil.
  • Təcrübə: Satış üzrə minimum 1 illik təcrübə.
  • Microsoft proqramlarında sərbəst işləmə bacarığı.

İş şərtləri:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə.
  • 5 günlük iş qrafiki (09:00-dan - 18:00-dək).
  • Yanacaq xərcləri şirkət tərəfindən qarşılanır.

Göstərilən tələblərə cavab verən namizədlər öz ya CV formasını elektron poçt ünvanına, mövzu hissəsinə “Satış mütəxəssisi” yazaraq göndərə bilərlər

İşəgötürənin reytinqi