Təchizat və logistika üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Daşınmaların qeydiyyata alınması, daşınma işləri üzrə cədvəlin tərtib olunması və qaimələrin yazılması
  • Tədbirlərdə işçi qüvvəsinin iş saatları üzrə ödənişin hesablanması
  • Ay sonu digər şirkətlərdən daxil olan qaimələrin yoxlanılması və ödənişə göndərilməsi
  • Nağd alışların hesabatını müvafiq şöbəyə təqdim olunması
  • Tədbir zamanı montajı idarə etmək, avtomobillərin sifarişi, malların tədbirə çatdırılması, montaj zamanı işçilərin yeməklə təmin olunmasına nəzarət etmək
  • Tədbir bitdikdən sonra müvafiq avtomobillərin sifariş edilməsi, söküntü işlərinə və işçilərə nəzarət olunması
  • Söküntü işləri bitdikdən sonra qaimələrin yazılması, malların yüklənməsi və öncədən müəyyən edilmiş anbarlara təhvil verilməsi
  • Demontaj zamanı lazım olan malların öncədən alınması
  • Sifariş olunmuş məhsulların keyfiyyətinə nəzarət olunması və şəkillərin çəkilməsi
  • İcarə edilən malları yoxlamaq və şəkilləri çəkib menecerlərə göndərmək
  • Ticarət mərkəzi və mağazalar ilə əlaqələrin qurulması, sifariş olunan malların keyfiyyətinə, çatdırılmasına nəzarət etmək
  • Smetanın hazırlanması, uyğun podratçılara sorğu göndərilməsi və qiymətləndirilməsi.
  • Xidmət göstərən podratçıların əvvəlki işləri ilə tanış olmaq
  • Yeni podratçıların axtarışı
  • Xarici bazardan alınan malların nümunəsini sifariş etmək və sifarişlərin sənədləşməsi

Namizədə tələblər:

  • Ali təhsil
  • Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərində sərbəst ünsiyyət qurmaq bacarığı
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi
  • Proqram bilikləri: MS Word, MS Excel, MS Outlook proqramlarında sərbəst işləmək bacarığı
  • Stressə davamlılıq, komanda daxilində işləmək bacarığı, mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları

Müraciət üçün CV-nizi mövzu hissəsində "Təchizat və logistika üzrə mütəxəssis" qeyd etməklə e-mailə göndərməyiniz xahiş olunur.