Satınalma üzrə mütəxəssis

  • UNICO
  • Elanın qoyulma tarixi: 23.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Sifarişlər əsasında düzgün bazar araşdırmasını etmək;
  • Ehtiyatların miqdarına nəzarət etmək;
  • Analiz edib uyğun satıcını seçmək;
  • Tələb olunduğu təqdirdə təklifləri qiymətləndirməyə yardım etmək üçün mütəxəssis məsləhətindən istifadə etmək;
  • Tender qiymətləndirmə planına, prosedurlarına uyğun olaraq təklifi qiymətləndirmək və seçim etmək;
  • Satınalma tələblərinə uyğun olaraq malları təhvil almaq;
  • Prosedur qaydalarına uyğun olaraq mal və ya xidmətlərin qəbul edilməsini təsdiq etmək, ödənişlər üçün hesabları emal etmək;
  • Sifarişçinin tələblərinə uyğun olaraq razılaşdırılmış vaxt qrafiki çərçivəsində satınalma prosesini yekunlaşdırmaq;
  • Alınan və göndərilən sifarişlərin sənədlərini təmin etmək;
  • Yük anbara və ya layihəyə çatana qədər sifarişi izləmək;
  • Prosedurlara uyğun olaraq müvafiq mal və xidmətləri satın almaq məqsədi ilə seçimləri müəyyən etmək, qiymətləndirmək və təyin etmək üçün bazarı araşdırmaq;                  
  • Potensial satınalmaçılar arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək;                            
  • Podratçılarla müqavilə razılaşmaları rəsmiləşdirilməməyənə qədər işə başlamamaq;               
  • Satınalma prosesinə uyğun olan və bütün tərəflər üçün icrası məcburi olan müqavilə razılaşmaları üzrə danışıqlar aparmaq, onları rəsmiləşdirmək, siyasət və prosedurlara uyğun olaraq məlumat vermək;                       
  • Dəqiqliyi, terminləri və texniki şərtləri yoxlamaq üçün sifarişləri nəzərdən keçirmək;                      
  • Müqavilələrin və sifarişlərin statusunu izləmək.

Namizədə tələblər:

  • Ali təhsilli (iqtisadiyyat üzrə);
  • Azərbaycan, rus və ingilis dillərini bilməli;
  • Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
  • MS Office (Word, Excell, Power Point); proqramlarında işləməyi bilməli;
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;
  • Problemləri həll etmə bacarığı;
  • Ünsiyyət qurma bacarığı.