İşin təsviri
Namizədə dair tələblər:
- Təhsil : Ali təhsil
- Yaş aralığı: 25 -45
- Effektiv ünsiyyət bacarığı
- Operativlik
- Sistemlilik və Nəticəyönümlülük
Üstün tutulandır:
- Xarici dil (Rus və ya İngilis)
- Təlim və inkişaf sahəsi üzrə təcrübə
- Biznes və xidmət sahəsində təcrübənin olması
Vəzifə öhdəlikləri:
- TİD vizyon və məqsədlərin müəyyənləşdirilməsində təşəbbüskarlıq, təkliflərin verilməsi, qəbul edilən təkliflərin (komanda ilə) icrası;
- TİD işləri üzrə strategiyanın qurulması (icra planın yazılması), TİD işçilərinin prosesdə izlənilməsi;
- Komandanın təlim və inkişaf üzrə vizyon, məqsəd və hədəflərinin işçilər üzrə bölünməsi (kommunikasiya edilməsi) və izlənilməsi;
- TİD işçilərinin inkişaf etdirilməsi (keyfiyyətin artması üçün idea və təkliflərin verilməsi, individual və qrup görüşlərinin keçirilməsi, prosesdə hesabatların alınması);
- Şirkətin inkişaf istiqamətində layihə və işlərin təkliflərinin son versiyaya salınması və təsdiq alınması;
- Yeni əməkdaşlar, mütəxəssislər və rəhbər şəxslər üçün inkişaf proqramlarının yekun versiyaya salınması və rəhbərliklə bölüşülməsi;
- Şirkət daxili ödənişli və ödənişsiz təşkil edilən təlimlərin qurulmuş sistem üzrə paralel şəkildə aparılması və nəticələrin hesabat şəklində təqdim olunması;
- Yeni yaradılacaq təlim proqramlarının inkişafının izlənilməsi və təlimlərin satışa qədər olan hissəsinin hazırlanmasına nəzarət;
- Satış , marketinq komandaları ilə mütəmadi kommunikasiyanın qurulması.
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Şənbə və Bazar istirahət günü;
- İş yeri : Bakı şəhəri, Koroğlu metrosu yaxınlığında;
- Əmək haqqı müsahibə əsasında təyin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Təlim və İnkişaf departamentinin rəhbəri" yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.