Marketinq analitik/Biznes Analitik

  • Ateshgah Sigorta
  • Elanın qoyulma tarixi: 21.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Şirkət və məhsullar üzrə proseslərin analiz edilməsi, əlaqəli tərəflərin rəylərinin alınması, təhlil edilməsi və optimizasiya təkliflərinin hazırlanması;
  • Şirkətdə tətbiq edilən proses optimizasiyası metodoloqiyasına əsasən işlərin aparılması (data və xərclərin təhlili, prioritetlərə təsir edəcək məqamların müəyyən edilməsi, məlumatların marağlı tərəflər ilə razılaşdırılması);
  • Proseslərdə olan dəyişikliklərin sistemlərdə əks etdirilməsi üçün tələblərin komanda üzvlərinə (və ya əlaqəli digər tərəflərə) anlaşılan formada ötürülməsi (user story-lərin yazılması), test case-lərin yazılması və user acceptance testlərin həyata keçirilməsi;
  • Proseslərin optimallaşdırmasına xidmət edən dünya standartlarının, rəqəmsal həllərin tətbiq edilə bilməsi üçün araşdırmaların aparılması, məhsulun və şirkət proseslərinin inkişafı üçün yeni innovativ yanaşmaların təklif edilməsi;
  • Proseslərin effektivliyinin ölçülməsi;
  • Biznes prosesləri tənzimləyən daxili normativ sənədlərdə məlumatların (prosesin) düzgün əks etdirilməsi, proseslərin mapping-ı (flow chart-ların hazırlanması);
  • Proseslərdə risklərin müəyyən edilməsi və aşkarlanan risklərin bəyan edilməsi;
  • Proses riskləri ilə bağlı kök səbəb təhlillərinin aparılması, fəaliyyət planının hazırlanması, deadlineların izlənilməsi;
  • Fəaliyyəti zamanı əməliyyat riski və ya insident aşkar etdikdə, müvafiq daxili normativ sənədlə müəyyən edilmiş qaydada və müddətdə bu barədə əlaqəli strukturun məlumatlandırılmasının təmin edilməsi

Namizədə tələblər:

  • İş təcrübəsi: Biznes analitika, Məhsul yaratma sahələri üzrə 1 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: İqtisadiyyat, Maliyyə, Menecment sahələri üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili: əla , Rus dili: sərbəst
  • Üstünlüklər: Sığorta bazarını, sığorta qanunvericiliyi anlamaq, sığorta məhsullarını bilmək, Biznes analitika üzrə sertifikasiyalar
  • Kompüter bilikləri: MS Office: əla
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq, problem həlletmə, planlaşdırma, məlumatı toplamaq və təhlil etmək bacarığı/analitik düşüncə, geniş perspektiv, münasibət yaratma, keyfiyyət yönümlülük, dəyişikliklərə uyğunlaşma, dinamikanı anlamaq;

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır
  • İş rejimi: I-IV günlər 09:00 - 18:00, V gün 09:00 - 17:00 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Əmək haqqı: müsahibə əsnasında bildiriləcək.