Korporativ katiblik şöbəsinə Mütəxəssis

  • Mega Insurance
  • Elanın qoyulma tarixi: 21.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədlərə olan tələblər:

  • Təhsil: Ali.
  • Şəxsi keyfiyyətlər və bacarıqlar: Yazılı və şifahi komunikasiya, komanda da işləmək bacarığı,  intizamlılıq, dəqiqlik, məsuliyyət,  məqsədyönümlük.     
  • İş təcrübəsi:  Tələb olunmur.
  • Dil bilikləri: Azərbaycan dili – tam sərbəst, Rus dili – sərbəst danışa bilmək. Ingilis dili: yazmaq və danışmaq - B2 dərəcədə.  
  • Kompüter bacarıqları: Microsoft Office  Word və Excell.

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin adına ünvanlanmış elektron və kağız daşıyıcıda olan sənədlərin qeydiyyata alınması, skan edilməsi  və icraçılara təqdim olunması;
  • Göndərilən sənədlərin qeydiyyata alınması, skan edilməsi və ünvanı üzrə göndərilməsinin təmin olunması;
  • Ofisə gələn qonaqların qarşılanması və yönləndirilməsi;
  • Daxil olan müraciətlərin həll olunması;
  • Şöbə üzrə vaxtı bitmiş sənədlərin arxivləşdirilməsinin təmin edilməsi.

Əmək şəraiti və şərtləri:

  • Peşəkar karyeranın qurulması üçün Daxili təlimlərdə iştirak.  
  • Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşula bilmək imkanı.  
  • İş qrafiki: I-V günlər (09:00-18:00). İstirahət günləri: şənbə və bazar günləri, dövlət bayramları və dövlət üzrə elan olunan qeyri iş günləri.
  • Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.   
  • Əmək haqqı: Əmək müqaviləsi ilə müəyyən olunan 3 aylıq sınaq müddəti ərzində: 350 manat.

Zəhmət olmasa mövzü bölməsində “Mütəxəssis” qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Vakansiya tələblərinə  uyğunluq gələn namizədlər müsahibəyə dəvət olunacaqdır.