İşin təsviri
                
                
                                
                Namizədə olan tələblər:
	- Təhsil: Ali (iqtisadiyyat, maliyyə və audit üzrə arzu olunandır).
- Təcrübə - tələb olunmur, istehsalat təcrübələrinin olması üstünlükdür
- Kompüter bacarıqları: MS Word və MS Excel – sərbəst istifadəçi. Power Point arzu olunandır;
- Şəxsi və işgüzar  keyfiyyətləri:  İnkişaf yönümlü,  dəqiq, məsuliyyətli, operativ, təmkinli, analitik düşüncəli, təşəbbüskar, problemli məsələləri həll  edə bilmək, yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları ilə.
Əsas vəzifə öhdəlikləri:
	- Biznes proseslər haqqında məlumatları təhlil etmək və tənzimləyici qaydalara uyğunluğunu müəyyən etmək;
- Audit yoxlamalarının nəticələrini daxili audit qaydalarına uyğun olaraq sənədləşdirmək;
- Biznes proseslərinin iş sistemlərinin effektivliyi və səmərəliyini, eləcə də qəbul olunmuş prosedurlarının təcrübədə tətbiq olunub-olunmamasını yoxlamaq;
- Vəzifə təlimatına uyğun digər işləri və tapşırıqları yerinə yetrimək.
Əmək şəraitinin şərtləri:
	- Əmək haqqı: namizədin təcrübə və səriştəsinə uyğun olaraq 600 manatdan (vergilər nəzərə alınmaqla) başlayır.
- İş vaxtı: 09:00-dan 18:00 –dək olmaqla 5 günlük iş həftəsi.
- Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.   
- Tibbi sığorta təminatı.
- Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşula bilmək imkanı.  
Zəhmət olmasa mövzu bölməsində “Kiçik mütəxəssis” qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.
Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaqdır.