Keyfiyyətə nəzarət üzrə mütəxəssis

  • ATS Food
  • Elanın qoyulma tarixi: 21.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş məkanı: Sumqayıt ş.

Tələblər:

  • Təhsil səviyyəsi: Ali təhsil (Kimya, biologiya və ya qida mühəndisliyi üzrə)
  • İş təcrübəsi: Minimum 2 il təcrübə (Xüsusi ilə Taxıl sahəsində laboratoriyada)
  • Dil bilikləri: Azərbaycan (əla), ingilis və rus dillərini bilənlərə üstünlük veriləcək;
  • Kompüter bilikləri:  MS Office proqramları üzrə biliklər
  • Digər: Ümumi və analitik kimyanın əsaslarını bilməlidir;
  • Fiziki və kimyəvi  analizlərin aparılma metodikalarını bilməlidir;
  • Laboratoriya avadanlıqları və onlardan istifadə qaydalarını bilməlidir.
  • İSO satnadratları sertifikatlarının olması üstünlükdür.

Vəzifədən gözləntilər: 

  • Xammal və köməkçi materiallar, yarımfabrikat və hazır məhsul analizlərini etmək;
  • Buğda alışı zamanı qəbul prosesində iştirak etmək, məhsuldan nümunə götürmə qaydalarını bilmək;
  • Analiz nəticələrini ümumi laboratoriya portalında yayımlamaq;
  • Etdiyi analizlərin hesabatlarını hazırlamaq və qeydlərini aparmaq ;
  • Laboratoriyada çalışdığı sahəni və vəsaitləri sanitar-gigiyenik qaydalara uyğun saxlamaq;
  • Laboratoriya qurğularında ortaya çıxan xırda problemləri həll etməyi bacarmaq;
  • Əməyin təhlükəsizliyi və işçi sağlamlığı, sanitariya və ekologiyanın mühafizəsi tədbirlərini bilmək;
  • Birbaşa rəhbərin tapşırdığı digər işləri görmək.

İş Şərtləri:

  • Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun (ştat cədvəli aralığına münasib) 
  • İş rejimi: Həftənin 5 günü, istehsal zəruriyyəti yaranarsa, şənbə və bayram günləri, müəyyən saatlarda işə gəlmək
  • Servis: Təmin edilir
  • Nahar: Təmin edilir
  • Könüllü Tibbi sığorta: Təmin edilir
  • Korporativ nömrə və danışıq limiti: Təmin edilir

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına mövzu hissəsində vəzifənin adı "[email protected]Keyfiyyətə nəzarət üzrə mütəxəssis" qeyd olunmaqla göndərə bilərlər.