Logistika müdiri

  • Ayan MMC
  • Elanın qoyulma tarixi: 20.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin mənafeyini nəzərə alaraq strateji və əməliyyat planlarının hazırlanmasını təşkil edir
  • Nəqliyyat, yükdaşıma, anbar və digər xidmət əməliyyatlarını idarə edir
  • Müvafiq yüklərin daşınması üçün ən optimal nəqliyyat vasitələrini seçmək üçün təşkilatın maddi-texniki bazasını (nəqliyyat vasitələrinin sayı, növləri və vəziyyəti, yükləmə-boşaltma avadanlığı) təhlil edir
  • Nəqliyyat vasitələrinin hərəkət heyətinin texniki və istismar göstəricilərinin hesablanmasını, tariflərin və ödənişlərin hesablanmasını təşkil edir
  • Risk idarəetməsini həyata keçirir: nəqliyyat vasitələrinin, yüklərin, məsuliyyətin sığortalanmasını təmin edir, daşınma zamanı malların təhlükəsizliyini təmin etmək üçün tədbirlərin təşkili və həyata keçirilməsi
  • Logistik sisteminin səmərəliliyini qiymətləndirmək üçün meyarları müəyyənləşdirir, logistika sisteminin səmərəliliyini qiymətləndirir və logistika əməliyyatlarına nəzarət edir, logistika sisteminin təkmilləşdirilməsi üçün təkliflər hazırlayır
  • Yeni logistika texnologiyalarının layihələndirilməsinin və xərclərinin hesablanmasını təşkil edir, büdcə hazırlayır, müasir logistika konsepsiyalarının və logistika xərclərinin azaldılması prinsiplərinin tətbiqini təmin edir
  • Büdcə idarəetməsi və logistika xərclərinin optimallaşdırılmasını, logistika prosesləri ilə əlaqəli maliyyə axınlarının koordinasiyasını və istiqamətini müəyyənləşdirilməsini həyata keçirir
  • Anbar logistikası üçün metodoloji və tənzimləyici materialların hazırlanması və tətbiqini həyata keçirir, funksiyaların və əməliyyatlarının təyin edilməsinə, hazırlanmış metodiki və tənzimləyici materialların tədbiqinə nəzarət edir
  • Rəhbərlik tərəfindən aidiyyatı şöbə ilə bağlı verilən digər işləri yerinə yetirir

Namizədə dair tələblər:

  • Ali təhsil
  • Göstərilən vəzifə üzrə minimum 3 illik iş təcrübəsi
  • Yaş həddi: 30-45
  • Analitik düşüncə
  • Komandada işləmə bacarığı
  • Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı
  • MS Office ( Word, Excel ) bilikləri

Əlavə məlumatlar:

  • İş qrafiki 08:00-dan 18:00-dək
  • 6 günlük iş rejimi

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron poçt ünvanına, mövzu hissəsində vəzifənin adı “Logistika müdiri” qeyd olunmaqla, göndərə bilərlər.

Müsahibəyə dəvət olunan namizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.