Texnika və nəqliyyat təmiri sahəsi üzrə menecer / mühəndis

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Xəttlərə buraxılan avtomobillərin, kran, avtoyükləyici və digər texnikaların sazlığını təmin edir;
  • Bütün nəqliyyat vasitələri və texnikaların təmirini təmin, təşkil edir və nəzarət edir;
  • Minik və yük avtomobillərinin, avtobusların, eləcə də ağır texnika və qaldırıcı qurğuların  təhlükəsiz hərəkətini təmin etmək üçün zəruri tədbirlər görür; 
  • Sürücü və operatorlar tərəfindən təmirə təhvil verilən vasitələri və sənədləri sənədləri qəbul edir, müvafiq qeydləri aparır, onların düzgün rəsmiləşdirilməsini yoxlayır;
  • Müvafiq texniki-istismar göstəricilərini hesablayır;
  • Avtomobil, nəqliyyat və texnikaların gündəlik təhvil-təslimini, baxışdan keçirilməsini təmin edir;
  • Nəqliyyat vasitələri və texnikaların istifadəsini təhlil edir;
  • İstismarda olan nəqliyyat vasitələrinin, eləcə də istehsalat sahələrinə təhkim olunmuş maşin, texnikaların müəyyən edilmiş iş saatlaına uyğun istifadəsinə daima nəzarət edir;
  • Nəqliyyat vasitələri və texnikaların istismara yararlılığını təhlil edir və səmərəliliyin artırılması barədə rəhbərliyə təkliflər verir;
  • Zəruri hallarda xətlərdə hərəkətdə olan nəqliyyat vasitələrinə vaxtında texniki yardımın göstərilməsini təşkil edir. 
  • Avtomobil, nəqliyyat və texnikaların təmiri, texniki baxışdan keçirilməsi, sazlığının təminini həyata keçirir və nəzarət edir;
  • Yanacaq sərfiyyatına, normalara nəzarət edir.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (texnika, nəqliyyat sahəsi üzrə,mühəndislik və s.;
  • İdarəetmə üzrə minimum 3 il,  təmir sahəsində minimum 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan və Rus dillərini mükəmməl bilməli;
  • Komputer bilikləri: Word, Excel, Outlook proqramlarını bilməli;
  • Peşəkarlıq tələbləri:
  • Heyəti idarəetmə bacarığı;
  • Texnika və nəqliyyat vasitələrinin  sazlığına nəzarət, təmirinin təşkili və idarə edilməsi;
  • Avtopark idarəçiliyi, texnikalarla iş təcrübəsi vacibdir;
  • Texnika və maşınlara texniki qulluq qaydalarını bilmək;
  • Texniki baxış müddət və qaydalarını bilmək;
  • Proses idarəçiliyi bacarığı.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 20 mart 2024-cü il tarixidir.

 Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Texnika və nəqliyyat təmiri sahəsi üzrə menecer / mühəndis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.