Bank sistemlərinin idarə edilməsi şöbəsinin Meneceri

İşin təsviri

Vəzifəyə olan tələblər:

  • İnformasiya Texnologiyaları və ya oxşar ixtisas üzrə Bakalavr dərəcəsində ali təhsil;
  • Bank sektorunda minimum 8 il iş təcrübəsi;
  • Bank əməliyyat sistemləri üzrə inzibatçılıq bilikləri və iş təcrübəsi;
  • PL/SQL dili üzrə dərin biliklər və iş təcrübəsi;
  • Komandada işləmək, individual qərarlar ala bilmək bacarığı;
  • Biznesin tələblərini anlamaq bacarığı;
  • Avtomatlaşdırılmış proseslərdə iştirak etmiş olmaq;
  • Proqram təminatının təmin olunması prosesi haqqında biliklər;
  • Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
  • Veb Servislər üzrə biliklər;
  • Linux sistemləri üzrə biliklər arzu olunandır;
  • Rus və inglis dilləri üzrə orta səviyyədə biliklər. 

Əsas vəzifələr:

  • Avtomatlaşdırılmış bank sisteminə yenilənmələrin yüklənməsi və sazlamaların edilməsi;
  • Bank sisteminə ediləcək dəyişikliklərin izlənilməsi və texniki dəstək göstərilməsi;
  • Bank əməliyyat gününün bağlanılmasına nəzarət edilməsi;
  • Daxil olan biznes tələbləri anlamaq, qeydiyyatını aparmaq və səlahiyyətli əməkdaşları məlumatlandırmaq;
  • PL/SQL vasitəsilə lazımi funksiya və prosedurların yazılması;
  • Bank sistemlərində gündəlik ortaya çıxan problemlərin həll edilməsi;
  • Bank proqramının dəstəyini təmin edən şirkət ilə operativ işləmək;
  • Bank ödəniş sistemlərinə texniki dəstəyin göstərilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını mart ayının 15-dək elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “İT Əməliyyat Sistemi üzrə menecer” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. 

İşəgötürənin reytinqi