İşin təsviri
Vəzifə öhdəlikləri:
- Telekommunikasiya şəbəkəsinin dayanıqlı işinin təmin olunması üzrə müntəzəm olaraq tədbirlər həyata keçirmək, meydana çıxan problemləri araşdırmaq və onların aradan qaldırılmasına dəstək göstərmək
- Yeni nəsil Firewall-ların, L2/L3 Şəbəkə avadanlıqlarının, Simsiz rabitə avadanlıqlarının sazlanması, quraşdırılması, idarə edilməsi, monitorinqini həyata keçirmək
- Sorğu sistemi, mail və zəng əsasında daxil olan sorğuların vaxtında emalı, yaranmış problemləri araşdırmaq və operativ həllini təmin etmək
- RA VPN və Site-2-Site VPN tunellərin qurulması, sazlanması, müxtəlif qurumlar ilə sazlanmış mövcud VPN tunellərin dayanıqlığını təmin etmək və müntəzəm monitorinqini aparmaq
- Bütün növ şəbəkə avadanlıqlarının konfiqurasiyalarının daim son backup-larının olmasını təmin etmək
- Şöbənin fəaliyyəti ilə bağlı tələb olunan sxemləri, müxtəlif texniki sənədləri, hesabatları hazırlamaq
- Yeni texnologiyalardan və ən yaxşı təcrübələrdən daim xəbərdar olmaq
- CIC informasiya təhlükəsizliyi tələblərinə riayət etmək
Bilik və bacarıqlar:
- Kompüter mühəndisliyi və ya müvafiq sahədə ali təhsil
- Şəbəkə inzibatçılığı sahəsində minimum 5 il iş təcrübəsi;
- LAN/WAN Şəbəkə topologiyalarının planlaşdırılması, optimallaşdırılması və tətbiqi üzrə bilik və bacarıqlar
- L2/L3 - LAN/WAN/SD-WAN şəbəkə texnologiyaları haqqında dərin biliklər və iş təcrübəsi
- Palo Alto, Cisco, Fortinet yeni nəsil firewalları ilə yüksək iş təcrübəsi
- Cisco ISE, Cisco DNA Center, Vmware NSX, Panorama ilə işləmə bacarığı və iş təcrübəsi
- VPN texnologiyaları və onların qurulması və tətbiqi üzrə biliklər
- CCNP səviyyəsində Routing/Switching həlləri üzrə biliklər və praktiki təcrübə
- Yaranan problemlərin dərindən araşdırma və həll edilməsi üzrə güclü “Troubleshooting” bacarığı
- Birdən çox tapşırığı yerinə yetirə bilmə, işi düzgün planlama və prioritetləşdirmə bacarığı
- Komanda ilə işləmə bacarığı
- Təşəbbüskarlıq göstərmək, ideya və yeniliklərlə çıxış etmək
- Məsuliyyətlilik, dürüstlük
- Müvafiq sahə üzrə Peşakar sertifikatın olmasına üstünlük verilir
Biz nə təklif edirik:
- 5/2, 09.00-18.00
- Nahar xərcinin qarşılanması
- İllik performans bonusları
- Korporativ sağlamlıq proqramı: VIP könüllü sığorta və idman zallarına xüsusi endirim
- “Learning Hub” təlim platformalarından istifadə imkanları.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır