Elektrik mühəndisi (PMD-nin biznes vahidi üçün)

  • PMD Group
  • Elanın qoyulma tarixi: 16.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Texniki tapşırığa əsasən layihə sənədlərini işləmək, razılaşdırılan elektrik layihələrini hazırlamaq və yoxlamaq;
  • Layihə həyata keçirilən ərazilərə baxış keçirmək və işlərin monitorinqini aparmaq;
  • Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət etmək;
  • Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların hazırlanmasını təmin etmək;
  • Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etmək;
  • Elektrik təchizatı üzrə layihə və işçi sənədlərinin işlənib hazırlanmasını təmin etmək;
  • Aparılan elektrik quraşdırma işlərinə nəzarət etmək;
  • Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək;
  • Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək;
  • Elektrik avadanlıqlarına mütəmadı qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək;
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək.

Tələblər:

  • Ali təhsil (elektroenergetika, elektrik mühəndisliyi üzrə bakalavr və ya magistr),
  • Müvafiq ixtisas üzrə 5 il iş təcrübəsi,
  • Yüksək gərginlikli güc transformatorları, stabilizatorlar və generator haqqında nəzəri və praktik biliklərinin olmasi,
  • Komputerdə mühəndis hesabat və dizayn proqramlarında işləmə bacarığının olması,
  • Paylayıcı qurğuların ayrı-ayrı elementlərinin funksiyaları (açar, ayırıcı, ölçü transformatorları, rele mühafizə və s.) haqqında ümumi məlumatların olması,
  • Normativ və Texniki sənədlərlə işləmək bacarığı,
  • Aşaqi gərginlik, 1000 V-dən aşaği elektrik sistemlərinin hesabati, yoxlanmasi biliklərinin olmasi
  • MS Excel, AutoCad proqramlarında işləmək bacarığı
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı.

Qeyd: Layihələr əsasən regionlarda olduğu üçün tez-tez ezamiyyələrin olması gözlənilir.

İşəgötürənin reytinqi