Mühəndis-energetik

  • Aztelekom
  • Elanın qoyulma tarixi: 16.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Obyektlərin layihələndirilməsi üçün sifarişçidən ilkin məlumatları almaq və layihə tapşırığı əsasında elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərini hazırlamaq
  • Sənaye obyektləri, bina və tikililəri, daxili və xarici işıqlandırma sistemlərini, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrini layihələndirmək
  • Elektrik sxemlərini tərtib etmək və elektrik yükünü hesablamaq
  • Hazırlanan layihələri sifarişçi ilə razılaşdırmaq
  • Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP, qaydalar, standartlar və digər normativ sənədlərin tələblərinə riayət etmək
  • Layihələrin müvafiq dövlət orqanları ilə razılaşdırılmasında iştirak etmək
  • Rəhbərliyin vəzifə ilə bağlı müvafiq tapşırıqlarının vaxtında yerinə-yetirilməsi və təhvil verilməsini təmin etmək.

Tələblər:

  • Ali təhsil
  • Sahə üzrə ən az 3 il iş təcrübəsi
  • MS Office, AutoCad, proqramlarında professional səviyyədə işləmə bacarığı
  • Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməli
  • Azərbaycan dilini mükəmməl bilməli, İngilis və Rus dilləri arzu olunandır

İşəgötürənin reytinqi