Biznesin inkişafı şöbəsinin mütəxəssisi

  • Qafqaz Lizinq
  • Elanın qoyulma tarixi: 08.01.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Biznesin inkişafı şöbəsinin mütəxəssisi

“Qafqaz Lizinq” ASC iqtisadiyyatın müxtəlif sahələrin inkişaf etdirilməsi üçün Lizinq xidmətləri təqdim edir. Fəaliyyəti nəticəsində “Qafqaz Lizinq” ASC mikromaliyyə və lizinq sektorunun mühüm iştirakçısına çevrilmişdir. Şirkət 2008-ci ildən etibarən Azərbaycan Lizinq Assosiasiyasının üzvüdür.

Hal-hazırda “Qafqaz Lizinq” ASC Biznesin inkişafı şöbəsinin mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəliklər:

• Məqsədli partnyorların seçilməsi və cəlb edilməsi;
• Mütəmadi olaraq partnyorlar vasitəsilə aparılmış əməliyyatların təhlil edilməsi;
• Partnyorlarla əməkdaşlığın dayandırılması və ya genişləndirilməsi üzrə təkliflərin hazırlanması;
• Müvafiq marketinq araşdırmalarının planlaşdırılması və icrası;
• Marketinq layihələrinin təhlili və müvafiq hesabatların hazırlanması;
• Rəqiblərin durumunun və bazar dəyişikliklərinin təhlili.

Tələb olunan keyfiyyətlər:

• Ali təhsil (idarəetmə, maliyyə, marketinq, biznes və s. iqtisadi sahələr üzrə);
• Satış, bank və sığorta sahəsində 1 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışmaq və yazmaq (Rus və İngilis dillərini bilənlərə üstünlük veriləcək);
• Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
• Yaxşı ünsiyyət, təşəbbüskarlıq və komanda ilə işləmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• Bakı və regionları tanımaq.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Biznesin inkişafı şöbəsinin mütəxəssisi) qeyd etməklə göndərmələri xahiş olunur.

CV-lər həmçinin aşağıda göstərilən ünvana təqdim edilə bilər:
Ünvan: Bakı şəh., Binəqədi şossesi 168B
Tel: (99412) 991

“Qafqaz Lizinq” ASC haqqında ətraflı məlumatı www.qafqazleasing.com web səhifəsindən əldə edə bilərsiniz.