Mühəndis Memar (Konstruktor)

  • IDEA
  • Elanın qoyulma tarixi: 15.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hesabat verir: Baş memar 

İşin məqsədi:

Mühəndis Memar(konstruktor),bütün işləri rəhbərin təlimatlarına uyğun olmasını təmin edərək, verilmiş spesifikasiyalara və hesablamalara uyğun olaraq texniki cizgilərin yaradılmasına cavabdehdir. Memar sifarişin  layihələndirilməsində, dizaynerlər,menecerlər və sex rəhbərləri ilə sıx əlaqə  qurmaqda və prosesə nəzarət etməkdə cavabdehdir.

Niyə bizə qoşulmalısınız?

  • Böyümə tariximizin bir hissəsi olacaqsınız! 

Azərbaycanın sürətli böyüyən kiçik memari formaları və digər məhsulların yaradılmasında ixtisaslaşan, istehsalını özündə birləşdirən inşaat və mühəndislik bürosu şirkəti olaraq, gələcək uğurlarımıza töhfə vermək imkanınız olacaq;

  • Dinamik bir mədəniyyətə qərq olacaqsınız! 

Unikal istedadlarınızı və töhfələrinizi qiymətləndirən əməkdaşlıq və inklüzivlik mühiti yaradırıq.

  • Bacarıqlarınızı inkişaf etdirə biləcəksiniz! 

Biz komanda üzvlərimizə sərmayə qoyuruq və tam potensialınıza çatmağınıza kömək etmək üçün hərtərəfli öyrənmə və inkişaf imkanları təklif edirik.

Əsas məsuliyyətlər:

  • Sifarişçi tərəfindən təqdim edilmiş layihə planından (materialların bucaqları, hündürlük, en kəsiyi və s. ölçülər) istifadə edərək statik hesabatların hazırlanması
  • Adobe AutoCAD və Microsoft Office alətlərindən istifadə etməklə həm ilkin eskizlərin, hesabatların, həmçinin detallı dizaynların hazırlanması və bir sənəddə cəmləndirilməsi
  • Tələb olunan materialları və çəki məhdudiyyətlərini müəyyən etmək üçün xüsusi hesablamalar aparılması
  • Məlumatları cizgilərə inteqrasiya etmək üçün layihə menecerləri və arxitektor dizaynerlər ilə əməkdaşlıq edilməsi
  • Hesabatların hazırlanması prosesində sifarişçi tərəfindən verilən təlimatlara əməl edilməlidir
  • Layihələrin hazırlanması və yenidən nəzərdən keçirilməsində sifarişçi ilə sıx əməkdaşlıq
  • Son hesabatların ISO 9001 standartlarına uyğun olması
  • Çevik davranaraq potensial hesabatlarda ola biləcək problemləri müəyyən etmək və komandanın əlaqəli əməkdaşları ilə həll olunması

İxtisas və təcrübə:

  • Mühəndis memarlıq və arxitektor dizayn üzrə bakalavr və ya texniki kollec dərəcəsi.
  • Dizayn alətlərinlərindən istifadə bilikləri, əsasən AutoCAD 2D/3D
  • Adobe 3D Max, Revit və İllustrator biliklərinə üstünlük verilir
  • Shop drawing ve detal çizgi etməyi bacarmalı
  • Eskiz layihənin hazırlanması;
  • Memarlıq Planının hazırlanması;
  • Komandada və müstəqil şəkildə səmərəli işləmək bacarığı;
  • Stres altında işləmək bacarığı.

Performans Hədəfləri:

  • Kiçik layihəçi (junior): Ayda minimum 4 layihə paketi.
  • Layihəçi: Ayda minimum 5 layihə paketi.
  • Baş layihəçi (senior): Ayda minimum 6 layihə paketi.
  • Bu performans hədəfləri ISO 9001, Maddə 6.2 - Məqsədlər və onlara nail olmaq üçün planlaşdırma və 9.1.3 - Keyfiyyət İdarəetmə Sisteminin fəaliyyətinin və effektivliyinin monitorinq edildiyi təhlil və qiymətləndirmə ilə uyğunlaşdırılır.

Əlavə tələblər:

  • Ilk 6 ay müqavilə müddəti, növbəti aylar 1 aylıq müddətlə hesablanmalı və tərəflərin yazılı xitam bildirişi olmadıqda eyni şərtlərlə növbəti aya uzadılması
  • İdeanın və müştərisinin məxvi hesab olunan məlumatların memar tərəfindən paylaşılmaması üçün sənəd imzalanmalı

İş şəraiti və təminatlar:

  • İş qrafiki: həftə içi 6 gün ( 09:00-18:00),şənbə günü qısaldılmış iş günü
  • Şirkət tərəfindən nahar
  • Koorporativ nömrə
  • Daimi iş yeri
  • Peşəkar komanda
  • Rəsmi əmək müqaviləsi
  • İlkin əmək haqqı sabit olaraq müəyyən olunur. Əmək haqqı müsahibə əsasında təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla 6 aydan sonra qarşılıqlı razılaşma əsasında müəyyən oluna bilər

Müraciət qaydası: elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını - Mühəndis Memar(konstruktor),yazıb mail ünvanına şəkilli CV göndərməklə müraciət edə bilərsiniz.

IDEA tərəfindən digər vakansiyalar