Anbardar

  • Amal Group
  • Elanın qoyulma tarixi: 15.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Sifarişlərin qəbulu və düzgün təhlili;
  • Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlamaq
  • Mədaxil-məxaric sənədlərinin dövriyyəsini,mal-material təhvil qaydaları üzrə üzrə sənədləşmə prosesinə riayət olunmasını təmin etmək
  • Anbar sahələrində səmərəli istifadə,materialların axtarılmasının asandlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu,yerləşdirilməsivə buraxılması işlərini idarə etmək
  • Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla  və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək
  • Mal-material dövriyyəsinin yalnız təsdiq  edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək
  • Anbarda mövcud olan mal-materialların üzərində mühasibatlıq tərəfindən təyin edilmiş kodların olmasını təmin etmək
  • Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəi,istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə Anbarda yükləmə-boşaltma işlərini təşkil etmək
  • Mal və materialın inventarizasiyasına,təlimatlara uyğun hazırlamaq,təşkil etmək və iştirak etmək
  • Köhnəlmiş,zərər görmüş,xarab olmuş mal-materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək
  • Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək
  • Anbar işinin şirkətdaxili təlimat və qaydalara uyğun olaraq idarəedilməsini həyata keçirmək
  • Rəhbərlik tərəfindən veriləcək digər oxşar tapşırıqları icra etmək

İş qrafiki:

  • Bazar ertəsi- cümə 09:00-18:00
  • İş yerinin ünvanı: Bakı şəhəri, Novxanı
  • Yaş həddi: 30-45
  • Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir. (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur)

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Anbardar” adını qeyd edərək e-mail ünvanına göndərmələri xahiş olunur.

Qeyd:Mebel sahəsində işləyənlərə üstünlük verilir.