Satış məsləhətçisi

İşin təsviri

Namizədə tələblər:

  • Tələb olunan vakansiyaya uyğun iş təcrübəsi - minimum 1 il;
  • Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili (sərbəst), Rus dili (sərbəst), İngilis dili (arzuolunandır);
  • MS Office proqramlarını ( Word, Excel, Outlook) və ofis avadanlıqlarından istifadəni bilməli;
  • Ciddi, səbirli, xoş görünüşlü və komanda halında işləməyi bacarmalı;
  • İntizamlı və işinə qarşı məsuliyyətli olmalı.

İş barədə məlumat:

  • Potensial müştərilərin tapılması üzrə axtarışların keçirilməsi;
  • Yeni müştəriləri şirkətə cəlb etmək (müştərilərlə görüş almaq, onları ziyarət etmək, görüşlər keçirmək, kommersiya təklifləri hazırlamaq);
  • Müştərilərə şirkətin bundan öncəki, hazırda və gələcəkdə inşa ediləcək layihələr barəsində ətraflı məlumatın verilməsi;
  • Müştərilərə təklif olunan yaşayış və qeyri-yaşayış sahələrinin planı, keyfiyyəti və digər fərqləndirici xüsusiyyətləri haqqında və şirkətin göstərdiyi xidmətlər haqqında dolğun, düzgün informasiyanın verilməsi;
  • Satışın həyata keçirilməsi (səyyar, ofis daxili və ofis xarici);
  • Qoyulan satış planının icra edilməsi;
  • Təsdiqlənmiş marketinq materiallarından fərdi qaydada istifadə etməklə sosial şəbəkələrdə təbliğat işinə dəstək;
  • Rəhbərlik tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi.

Namizədlərdən şəkilli CV-lərini və üzbəüz müsahibəyə dəvət etməkçün 1-2 dəqiqəlik video çəkib yuxarıda qeyd olunan e-mail ünvanına göndərmələrini xahiş edirik.

Mövzu – Hər hansısa məhsulun və ya mənzilin satışı (müştərilərə məhsulu konkret necə satırsınız, məhsul barədə məlumat, üstünlükləri, bədən dili və s.)
Video – yarısı azərbaycan, yarısı rus dilində
Videonun adı – BCR_ad_soyad

İş yeri: Ofis
Əmək haqqı: 1200 AZN

İşəgötürənin reytinqi