Marketinq meneceri

  • Eco Product
  • Elanın qoyulma tarixi: 14.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Bazarın imkanlarını araşdırmaq və onların nəticələrini təhlil etmək;
  • Şirkətin marketinq konsepsiyasını daim təhlil etmək və dəyişən bazar mühitinə uygunluğunu yoxlamaq;
  • Şirkətin dövri marketinq məqsədlərini müəyyən etmək, marketinq planlarını tərtib etmək, eləcə də müvafiq siyasət və prosedurlarını müəyyənləşdirmək, təhlil etmək;
  • Yaranma məqsədləri, bazarın xüsusiyyətləri haqqında məlumat, eləcə də dəyər və qiymət artımı amillərı əsasında marketinq strategiyasını müəyyən etmək, hazırlamaq və qiymətləndirmək;
  • Marketinq sahəsində fəaliyyətlər ilə əlaqədar iş planlarını hazırlamaq və sənədlər ilə əsaslandırmaq;
  • Qiymət strategiyaları və müştəri məmnuniyyətinə yönəlmiş uzunmüddətli məqsədləri təklif etmək;
  • Tələb olunan məhsul növləri ilə əlaqədar müştərinin rəyini öyrənmək;
  • Marketinq üzrə fəaliyyətlərə nəzarət etmək, eləcə də zəruri halda fəaliyyət planını nəzərdən keçirmək və dəyişmək;
  • Marketinq sahəsində nəticələri təhlil etmək, strateji məqsədləri və marketinq üzrə göstəriciləri nəzərdən keçirmək, zəruri halda yenidən baxmaq;
  • Bazarda müşahidə olunan dəyişiklikləri təhlil etmək, eləcə də onların marketinq üzrə strateji məqsədlərə təsirini müəyyən etmək və sənədlər ilə əsaslandırmaq.
  • Müştəri ehtiyaclarının təhlili və potensial bazar və məhsul tələblərinə cavab vermək üçün hesablamaların hazırlanması;
  • Şirkətin PR və Reklam siyasətinin hazırlanmaq;

Tələblər:

  • Marketinq, iqtisadiyyat üzrə ali təhsil;
  • Təcrübə: minimum 3 il ;
  • Marketinq sertifikatları;
  • Dil bilikləri: Azərbaycan, rus (mütləq) və ingilis dili;
  • Texniki bilik, Google AdWords, Facebook reklam meneceri, e-mail marketinq alətlərindən istifadə bacarığı;
  • Rəqəmsal marketinq üzrə biliklər (SEO, SEM, SMM);
  • Yaxşı ünsiyyət bacarığı, Fikrini izah etmək qabliyyəti, komanda ilə işləmək bacarığı;
  • Yaradıcılıq və təşəbbüskarlıq, operativlik, düzgün prioritetləşdirmə;
  • Təqdimat bacarıqları, layihə idarəetmə bacarıqları.

Professional bacarıqlar və kompetensiyalar: 

  • İdarəetmə bacarığı
  • Kreativlik
  • Analitik düşüncə
  • Məsuliyyət
  • Detallara diqqət

İş şərtləri:

  • Maaş: 1500(net)+
  • Staj: minimum  3 il təcrübə
  • Yaş: 25 — 40 yaş
  • Təhsil: Ali təhsil
  • İş rejimi: Tam iş günü (5 gün)
  • Müqavilə: Əmək müqaviləsi
  • Korporativ nömrə
  • İstirahət günləri: Şənbə və Bazar günü
  • İş saatı: 09.00-18.00
  • Ünvan: Bakı şəh., Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 507/511 (Altes Plaza)

Maraqlananlar öz CV formalarını mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, “Marketinq-meneceri” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Eco Product tərəfindən digər vakansiyalar