Marketing Manager

İşin təsviri

İş qrafiki: həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək

Ofis: “Port Baku Towers”

Vəzifə öhdəlikləri:

  • Şirkətin fəaliyyətinə uyğun marketinq strategiyalarının hazırlanması və yeni ideyaların təqdim edilməsi;
  • Effektiv PR və Reklam siyasətinin hazırlanması;
  • Bazar araşdırması nəticələrinin təhlil edilməsi və nəticələr üzrə uyğun strateji təkliflərin təqdim edilməsi;
  • Şirkətin rəqabət üstünlükləri barədə hesabatların təqdim edilməsi;
  • Şirkətin veb-saytı və sosial şəbəkələri üçün məzmunun təsdiq edilməsi;
  • Marketinq büdcəsinin hazırlanması və idarə edilməsi;
  • Marketinq xərclərinin təhlil edilməsi və təkminləşdirilməsinin təmin edilməsi;
  • Marketinq kampaniyalarının effektivliyi barədə və ayrılan büdcə üzrə aylıq hesabatların təqdim edilməsi; 
  • Şirkətin göstərdiyi xidmətləri ala biləcək istehlakçı auditoriyasının müəyyən olunması;
  • Əsas tərəfdaşlarla strateji əlaqələrin yaradılması;
  • Korporativ tədbirlərin təşkilatının idarə edilməsi; 
  • Tender zamanı şirkətin təmsil edilməsi;

Əsas tələblər:

  • Ali təhsil (Marketinq, Media, Biznesin idarə olunması, İqtisadiyyat və ya Data analitika üzrə)
  • B2B marketinq sahəsində 8 ildən artıq təcrübə;
  • Microsoft Office Suite, CRM və Google Analytics üzrə peşəkar biliklər;
  • Yüksək səviyyədə şifahi və yazılı azərbaycan, rus və ingilis dili bilikləri; 
  • Kommunikasiya və problemlərin həll etmə bacarıqları;
  • Loqistika sahəsində təcrübəyə üstünlük verilir.

Vakansiyaya müraciət üçün CV-nizi e-mail ünvanına göndərməyiniz xahiş olunur (mövzu hissəsində “Marketinq Meneceri” qeyd etməklə).