Energetik (Şəmkir)

  • Shamkir Agropark
  • Elanın qoyulma tarixi: 14.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Cəmiyyətin enerji daşıyıcısı və elektrik enerjisinin fasiləsiz işini təmin etmək, enerji təsərrüfatının təmirinin vaxtlı-vaxtında yerinə yetirilməsini və enerji daşıyıcılarının bütün növləri üzrə stabil təmin edilməsini həyata keçirmək;
  • Texnoloji avadanlıqlarının elektrik hissələrinin, şəbəkənin təmirinin və istismarını təmin etmək;
  • Su, qaz və elektrik istehlakının rejim və yüklənmə qrafikinə əsasən su və qaz təchizatının qənaətlə istifadəsinə nəzarət etmək.
  • Enerji qurğularının və enerji avadanlıqlarının əsaslı təmirini təmin etmək;
  • Yeni istifadəyə verilmiş texnoloji sexlərin elektrik avadanlıqlarının prinsipial sxemlərini öyrənmək;
  • Yeni texnika üzrə tədbirlərin, enerji ehtiyatlarının səmərəli istifadə edilməsi, verilmiş   miqdarda qüvvə əmsalını saxlamaq, enerji ehtiyatlarının sərf etmə balansının hazırlanmasını təşkil etmək;
  • Vahid məhsulun enerji ehtiyatlarının sərf edilməsinin xüsusi normasını və enerji ehtiyatından səmərəli istifadə edilməsinə nəzarət etmək;
  • Soyuducuda elektrik avadanlıqlarının əsaslı təmir işlərini aparmaq üçün yanaşı xidmət göstərən bölmələrlə titul siyahılarını tərtib etmək;
  • Ehtiyat hissələrinin və elektrik avadanlıqlarının alınması ilə əlaqədar maliyyə sənədləri hazırlayıb rəsmiləşdirmək;
  • Şəbəkənin və elektrik avadanlıqlarının xidmətinin təhlükəsiz istismarını təmin etmək;
  • Texnoloji avadanlıqlarının elektrik hissələrinin, şəbəkənin təmirinin və istismarını təmin etmək.
  • Elektrik avadanlıqlarının carı və əsaslı təmir qrafikini tərtib edib onların yerinə yetirilməsinə nəzarət etmək.
  • Cəmiyyətdə işləyən  sahələrin elektrik avadanlıqlarının texniki təhlükəsizlik qaydalarına uyğun istismarını təmin etmək.
  • Qaz şəbəkələrində birləşdirmələrin və elektrik izolyasiyaların, qoruyucu vasitələrin vaxtında yoxlanmasına nəzarət etmək.
  • Energetikə tabe olan işçinin vəzifə təlimatını, istehsalatın elektrik avadanlıqlarının təmiri və xidməti üzrə təlimatları hazırlayıb təsdiq etmək.
  • Hər ay t/t vəziyyətinin yaxşılaşmasına aid tabeliyində olan rəhbərlər ilə müşavirələr keçirmək.

Namizədə tələblər:

  • Energetik üzrə ali təhsili;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi 
  • MS Office proqramları və 1 C üzrə biliklər;
  • Azərbaycan dili mükəmməl, Rus və ingilis dilləri arzu olunandır;
  • Ünsiyyət qurma qabiliyyəti;
  • Komandada işləmə bacarığı;
  • Planlaşdırma, analiz və idarəetmə bacarığı ;

Əlavə məlumat:

  • İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
  • İş yeri Şəmkir ş.

Maraqlanan şəxslər öz CV formalarını Energetik (Şəmkir) başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.

V-lərin təqdim ounması ilə bağlı son tarix 29/02/2024