SƏTƏMM üzrə qrup rəhbəri

İşin təsviri

Təsvir:

  • Şirkət daxilində Sağlamlıq və Əməyin Təhlükəsizliyi Sisteminin qurulması və işlərin icraatı zamanı bu sahədə yoxlamaların təşkili;
  • SƏTƏMM üzrə illik fəaliyyət planlarının işlənib hazırlanması və həyata keçirilməsi;
  • SƏTƏMM üzrə illik məqsədlərin və hədəflərin qoyulması və həyata keçirilməsi;
  • Fövqəladə hallarda fəaliyyət planının işlənib hazırlanması;
  • Tullantıların idarə olunması üzrə işlərin həyata keçirilməsi;
  • SƏTƏMM üzrə prosedur və təlimatların işlənib hazırlanması və tətbiqi;
  • SƏTƏMM üzrə təlimlərin təşkili və həyata keçirilməsi;
  • SƏTƏMM üzrə daxili və xarici auditlərin təşkili və həyata keçirilməsi;
  • SƏTƏMM üzrə düzəldici və ya qabaqlayıcı tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsinə nəzarət;
  • Xəsarətlər və hadisələr zamanı onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi;
  • SƏTƏMM üzrə həyata keçirilən tədbirlərin effektivliyinin qiymətləndirilməsi;
  • Risklərin qiymətləndirilməsi ilə bağlı işlərin həyata keçirilməsi;
  • Yanğın təhlükəsizliyi sistemlərinə yoxlanışların keçirilməsinə nəzarət;
  • Şirkət daxili yanğın təhlükəsizliyi təlimlərinin təşkili;
  • Sağlamlıq və Təhlükəsizlik üzrə şirkət daxili qaydaların tərtib edilməsi və daxili siyasətin inkişaf etdirilməsi;
  • Təyin edilən digər SƏTƏMM üzrə vəzifələrin yerinə yetirilməsi.

Tələblər:

  • Sakit, səbirli və qətiyyətli;
  • Mükəmməl müzakirə, ünsiyyət və ətrafdakılara uyğunlaşmaq bacarığı;
  • Güclü analitik, problemləri həll etmə və təşkilatçılıq bacarıqları;
  • Fiziki cəhətdən iş üçün uyğun, İT biliklərinə sahib olmaq bacarığı;
  • Ətraflı şəkildə hüquqi, texniki və standart məlumatları əldə etmək və onlardan istifadə etmək bacarığı;
  • Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi;
  • Yanğın təhlükəsizliyi ilə bağlı mükəmməl biliklərə sahib olmalı;
  • NEBOSH IGC sertifikatı(üstünlükdür);
  • OSH Working Safely sertifikatı (üstünlükdür);
  • Train the Trainers sertifikatı (üstünlükdür);
  • Fövqəladə Hallar Nazirliyinin şəhadətnaməsi;
  • Müvafiq elmi və texniki sahə üzrə iş təcrübəsi;
  • Ali Təhsil;
  • İş sağlamlığı və təhlükəsizliyi üzrə ixtisas;
  • Kompüter sistemləri sahəsində peşəkarlıq;
  • İngilis və Rus dillərində yaxşı səviyyədə danışıq qabiliyyəti.

İşəgötürənin reytinqi