İdarə Heyəti sədrinin köməkçisi

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 06.01.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Dəmir Bank ASC İdarə Heyəti sədrinin köməkçisi vəzifəsinə işə qəbul elan edir.

İşin təsviri:

• İdarə Heyəti sədrinin iş gününün təşkilində səfərlərin, işgüzar görüşlərin qrafik üzrə planlaşdırılmasında iştirak etmək və onların vaxtında həyata keçirilməsi üçün zəruri tədbirlər görmək;
• İdarə Heyəti üzvləri arasında informasiya mübadiləsi həyata keçirmək;
• İdarə Heyəti iclaslarının keçirilməsi üzrə iş planı layihələrini tərtib etmək, müzakirə və təsdiq olunması üçün İdarə Heyətinə təqdim etmək;
• İdarə Heyəti iclasının keçirilməsi üçün bildirişlərin və digər materialların göndərilməsini təmin etmək;
• İdarə Heyəti tərəfindən qəbul edilmiş qərarların icra vəziyyəti barədə İdarə Heyəti sədrinə rübdə bir dəfədən az olmayaraq hesabat vermək;
• İdarə Heyəti sədrinə edilən müraciətlər, habelə sədrin göstərişi əsasında aparılmış araşdırmalar və görülmüş işlər barədə sədrə məlumat vermək;
• İdarə Heyəti sədrinin adından Bankdan kənara göndərilən məktubların (poçt, elektron məktublar, təbriklər və s.), layihələrin aidiyyatı struktur bölmələr tərəfindən hazırlanmasını təmin etmək;
• Bankın departamentləri və digər struktur bölmələrinin hesabatlarını İdarə Heyəti sədrinə təqdim etmək;

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Uyğun vəzifədə ən azı 1 il iş təcrübəsinə malik olmaq;
• Azərbaycan və ingilis dillərində sərbəst yazı və danışıq qabiliyyətinə malik olmaq;
• MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olmaq;
• Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
• Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmaq;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
• İşçi heyəti ilə işləmək bacarığına malik olmaq;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq;

Qeyd: müsabiqədə yalnız bəylərin iştirakı nəzərdə tutulur.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15.01.2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (İdarə Heyəti sədrinin köməkçisi) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.