Kiçik mühasib

İşin təsviri

Təsvir:

  • Mühasibat uçotu müxabirləşmələri 1C proqramında yoxlanılması;
  • Cash flow yığılması,Bank, kassa əməliyyatlarının mədaxili və məxaricinin 1C proqramında işlənilməsi;
  • İşçilərin aylıq əmək haqlarını, mükafatlarını, məzuniyyət haqlarını, xəstəlik vərəqələri və son haqq-hesab ödənişlərini hesablanması;
  • Qiymət razilasdirma protokulu ,təhvil-təslim aktlarının, hesab-fakturaların və müqavilələrin hazirlanması, elektron qaimələrin yazılması;
  • Yerli alışların işlənilməsi, idxal üzrə əməliyyatların düzgün icra edilməsinin 1C proqramı üzərindən sənədlərlə yoxlanılması;
  • Mal-material ehtiyatlarının mədaxil-məxaric edilməsinin, anbar qalığının yoxlanılması;
  • Aylıq və gündəlik sərfiyyatların 1C proqramında işlənilməsi, işlənilmiş digər əməliyyatların yoxlanılması;
  • Debitor və kreditor borc üzrə hesabatların hazırlanması,üzləşmə aktlarının tərtib edilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqlarının yerinə yetirilməsi

İş şəraiti:

  • İş qrafiki: I-V günlər;
  • İş saatları: 09:00-18:00

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat,mühasibatlıq və maliyyə üzrə arzu olunandır);
  • Müvafiq sahədə 1 il iş təcrübəsi;
  • Microsoft Excel, Microsoft Word proqramları və 1C əməliyyat sistemində yaxşı işləmək bacarığı;
  • Mühasibat sertifikatları ACCA F3 arzu olunandır;
  • Dil bilikləri - Azərbaycan dili mükəmməl, ingilis dili və rus dili biliyi arzu olunandır;
  • Öhdəsinə düşən əmək funksiyalarının vaxtında və operativ yerinə yetirmə bacarığı.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

İşəgötürənin reytinqi