Qonaq qəbulu üzrə Menecer

İşin təsviri

Ünvan: Mikail Useynov küç 51

İşin təsviri:

  • Qonaqların qəbulu şöbəsinin bütün əməkdaşlarının hər zaman müstəsna və peşəkar qonaq xidmətləri göstərmələrini təmin etmək.
  • Qonaqların qəbulu şöbəsinin bütün işçilərinin cari reklam kampaniyaları, siyasətlər və digər zəruri məlumatlardan xəbərdar olmalarını təmin etmək.
  • Bütün qəbul şöbəsi işçilərinin otelin məhsul və xidmətləri barədə xəbərdar olmalarını təmin etmək.
  • Müvafiq qonaqların tanınması proqramlarını icra etmək və qonaqların müvafiq məlumat bazasını aparmaq.
  • Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq.
  • Qonaqların qeydiyyat və qeydiyyatdan çıxma prosesində mümkün ən yaxşı xidmətlərlə təmin olunmalarını şəxsən və müntəzəm olaraq yoxlamaq.
  • Qonaqların qəbulu şöbəsinin bütün əməkdaşlarının işə götürülməsi və seçim prosesində iştirak etmək. İşçiləri işə götürən zaman otelin təlimatlarına riayət etmək və əməkdaşları seçən zaman peşəkarlığa əsaslanan yanaşmadan istifadə etmək.
  • Qonaqların qəbulu şöbəsinin bütün işçilərinin hər zaman punktual qaydada müvafiq uniforma geyinməsini, xarici görünüş, habelə gigiyena ilə bağlı ən yüksək standartları qoruyub saxladığını və otelin, habelə şöbənin şəxsi qulluq standartlarına riayət etməsini təmin etmək.
  • Qonaqların qəbulu şöbəsinin işçiləri ilə illik icra göstəricilərinin inkişaf etdirilməsinə dair müzakirələr aparmaq, onlara öz peşəkar karyera hədəflərinə nail olmaqda kömək etmək.

 

Namizədə olan tələblər:

  • Qonaq qəbulu üzrə Menecer müavini kimi ən azı 1-2 il iş təcrübəsinə malik olmaq;
  • Azərbaycan, İngilis və Rus dillərin yazılı və şifahi ünsiyyət qabiliyyətinə malik olmaq;
  • Komandada işləmək bacarığı, gülərüzlü olmaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Front Office Manager” qeyd edərək CV-lərini elektron ünvanına 12.03.2024-dək  göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.