Biznes Kreditlərinin Təhlili Şöbəsinin baş mütəxəssisi \ eksperti

  • Rabitabank OJSC
  • Elanın qoyulma tarixi: 12.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müştəri Xidməti Strukturları tərəfindən Şöbəyə daxil olmuş Biznes Kredit sifarişlərinin minimum sənədlər toplusuna uyğunluğunu yoxlamaq;
  • Kreditin və risklərin qiymətləndirməsi üçün müştəridən tələb olunan sənədlərin satış strukturlarından almaq;
  • Təqdim edilmiş maliyyə hesabatlatlarının düzgünlüyünü yoxlamaq;
  • Mərkəzi Bankın və bankdaxili qaydalardan irəli gələn prosedur və normaların pozulmasına yol verməmək;
  • Struktur rəhbər(lər)i tərəfindən qarşısına qoyulmuş, vəzifə təlimatından irəli gələn və digər tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək;
  • Müştəri Xidməti Strukturları tərəfindən Şöbəyə daxil olmuş biznes kredit layihələrinin təhlili zamanı aşkarlanan nöqsan və çatışmazlıqlar barədə struktur rəhbər(lər)ini yazılı və ya şifahi məlumatlandırmaq.

Tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə olunması üzrə olması arzuolunandır);
  • Maliyyə hesabatlarını (balans, mənfəət-zərər, nağd pulun hərəkəti) mükəmməl şəkildə bilmək;
  • “ACCA F3/F7” və ya “CFA 1 level” sertifikasiyalarına sahib olması arzuolunandır;
  • Biznes prosesləri və riskləri görmə bacarığı;
  • Sahə üzrə ən azı 5 illik iş təcrübəsi;
  • Analitik düşüncə, yüksək idarəetmə və təşkilatçılıq qabiliyyəti;
  • Yüksək təhliletmə, komandada işləmək bacarığı;
  • Yüksək kommunikasıya və təqdim etmə bacarığı;
  • Operativ və obyektiv qərar vermək bacarığı;
  • Stress altında işləmək, parallel olaraq bir neçə layihənin təhlilini həyata keçirmək bacarığı;
  • Təşəbbüskarlıq, diqqətlilik, məsuliyyət və düzgünlük bacarığı.

İşəgötürənin reytinqi