İnformasiya texnologiyaları şöbəsinin aparıcı mütəxəssisi

  • Qafqaz Lizinq
  • Elanın qoyulma tarixi: 05.01.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İnformasiya texnologiyaları şöbəsinin aparıcı mütəxəssisi

Qafqaz Lizinq” ASC iqtisadiyyatın müxtəlif sahələrin inkişaf etdirilməsi üçün Lizinq xidmətləri təqdim edir. Fəaliyyəti nəticəsində “Qafqaz Lizinq” ASC mikromaliyyə və lizinq sektorunun mühüm iştirakçısına çevrilmişdir. Şirkət 2008-ci ildən etibarən Azərbaycan Lizinq Assosiasiyasının üzvüdür.

Hal-hazırda “Qafqaz Lizinq” ASC İnformasiya texnologiyaları şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəliklər:

• DotNET platformasında yaradılan və Microsoft Server systems texnologiyalarını (Internet Information Sever və SQL Server 2008, o cümlədən SQL Reporting Services) istifadə edən OLTP (on-line transaction processing) sistemin dəstəklənməsi və inkişaf etdirilməsi;
• Müəssisənin fəaliyyəti və biznes-proseslərinin analizi;
• Tələb və təlimatların hazırlanması;
• İstifadəçilərə proqram təminatının istifadəsi üzrə tövsiyələrin verilməsi.

Tələb olunan keyfiyyətlər:

• Ali təhsil (informatika və ya riyaziyyat sahəsində);
• MS SQL Server 2008 (və yuxarı) ilə 1 ildən artıq iş təcrübəsi;
• Transact-SQL (T-SQL)-də proqramlaşdırma vərdişləri;
• Digər platforma, texnologiya və proqramlaşdırma dillərinin bilgisi arzuolunandır;
• Müəssisənin fəaliyyətinin avtomatlaşdırılması üçün nəzərdə tutulan proqram məhsullarının konfiqurasiya obyektlərinin (o cümlədən mühasibat uçotu) yaradılması və modifikasiyası sahəsində təcrübə;
• Minimum 3 il iş təcrübəsi;
• Texniki ingilis dili bilgisi arzuolunandır.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (İnformasiya texnologiyaları şöbəsinin aparıcı mütəxəssisi) qeyd etməklə göndərmələri xahiş olunur.

CV-lər həmçinin aşağıda göstərilən ünvana təqdim edilə bilər:
Ünvan: Bakı şəh., Binəqədi şossesi 168B
Tel: (99412) 991

“Qafqaz Lizinq” ASC haqqında ətraflı məlumatı www.qafqazleasing.com web səhifəsindən əldə edə bilərsiniz.