Mexanik

  • AZPly composite
  • Elanın qoyulma tarixi: 09.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • faner istehsalı sexinin təmir işçilərinə nəzarət etməyə;
  • bütün növ avadanlığın, nəqliyyat vasitələrinin qəzasız və etibarlı işləməsini, lazımi texniki vəziyyətini, onların düzgün istismarını, vaxtında keyfiyyətli təmir və texniki xidmət göstərilməsi, modernləşdirmə işlərinin aparılmasını təmin etməyə;
  • avadanlığın və avadanlığın uzərində olan qoruyucu cihazların, o cümlədən ventilyasiyanın (texnoloji və ümumi), pnevmatik nəqliyyatların, kanalizasiyanın, yanğınsöndürmə avadanlığının, bütün növ sexdaxili kommunikasiya xətlərinin, avadanlığın texniki xidmət sahələrinin, körpülərin, keçidlərin və pilləkənlərin sazlıq vəziyyətinə və təmirinə texniki nəzarəti həyata keçirməyə;
  • avadanlığın baxılması, yoxlanılması və təmiri üçün təqvim planlarını (cədvəllərini) tərtib etməyə;
  • əsaslı təmir və planlı-profilaktik və cari təmir üçün zəruri olan materiallar, ehtiyat hissələri, alətlər və s. üçün müraciətlər hazırlamağa;
  • avadanlığın texniki istismarı, yağlanması və onlara qulluq edilməsi, işin təhlükəsiz yerinə yetirilməsi üçün təlimatlar hazırlamağa;
  • mexanizasiya və köhnəlmiş hissələrin bərpası metodlarından istifadə edərək avadanlığın təmirinin düyün və aqreqat üsullarının geniş tətbiqi üzrə işləri aparılmağa;
  • yeni avadanlığın quraşdırılmasında iştirak etməyə və yeni quraşdırılmış avadanlıqları istismara qəbul etməyə;
  • qaldırıcı konstruksiyaların saz vəziyyətini təmin etməyə və s.

Tələblər:

  • Ali təhsil;
  • Sahə üzrə iş təcrübəsi;
  • Komandada işləmək bacarığı;
  • Loyallıq və şirkət qaydalarına riayət etmək;
  • Stresə davamlı olmaq;

İş şəraiti:

  • İş rejimi: Bazar ertəsi-Cümə 09:00 -18:00;
  • Əmək haqqının məbləği: 1000 manat; 
  • İş yerinin ünvanı: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən şossesi 57.