Sayım üzrə mütəxəssis

  • Nur Collection
  • Elanın qoyulma tarixi: 08.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İş planına əsasən anbar qalığının sistem və faktiki göstəricilər üzrə yoxlanılması;
  • İş planına əsasən anbarlarda fiziki şəkildə sayımın həyata keçirilməsi;
  • Sayım əsasında sistem üzrə məhsul sayı faktiki məhsul sayından fərqli olduqda səbəblərin araşdırılması və aktlaşdırılması;
  • Məhsul qalıqlarında aşkarlanan problemlər sistem xətası ilə əlaqəli olduqda düzəlişlər edilməsi üçün müraciətlərin aidiyyəti üzrə ünvanlanması;
  • Ehtiyac olduqda məhsulların anbara mədaxil və anbardan məxaric sənədlərinin sistem üzrə yoxlanması;
  • Sayım zamanı texniki təhlükəsizlik qaydalarına riayyət etməli, habelə, məhsulların yerləşmə ardıcıllığının qorunması və məhsulların zədələnməsinə şərait yaradılmamasının təşkili;
  • Sayım prosesinin yekununda bütün məlumatların aktlaşdırılması və struktur rəhbərinə təqdim edilməsi;
  • Hazırlanmış check list əsasında anbar ərazilərinin auditini həyata keçirmək;
  • Əlaqəli şöbələrlə məlumat və sənəd mübadiləsinin təşkili;
  • Yeni cəlb olunmuş əməkdaşların adaptasiya və təlim işinin təşkil edilməsi;
  • İş prosesinin sürətlənməsi və əməliyyat xərclərinin optimallaşdırılması istiqamətində yeni təkliflərin hazırlanıb rəhbərliyə təqdim olunması;
  • Şöbə rəhbərinin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi, eləcə də, hesabatların hazırlanlanıb, təqdim olunması.

Tələblər:

  •  Ali arzu olunandı.
  • Audit sahəsi üzrə nəzəri və praktiki biliklər;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Səlis formada şifahi və yazılı Azərbaycan dili biliyi, Rus dili bilikləri arzuolunandır;
  • MS Offis proqramlarını sərbəst istifadə etmə bacarığı;
  • Korporativ yazışma və işgüzar danışıqlar aparma bacarığı;
  • Riyazi, məntiqi biliklər;
  • Analitik düşünmə, təhliletmə qabiliyyəti;
  • Komanda ilə işləmə bacarığı;
  • Ezamiyyəyə açıq olması;
  • Sərbəst qərar verə bilmə bacarığı.

İş yeri və iş şəraiti haqqqında:

  • İş vaxt: Həftədə 6 iş günü, 1 gün istirahət
  • Əmək haqqı: Bazara uyğun olaraq təyin ediləcək

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adlarını qeyd etməklə öz CV-lərini elektron ünvanına göndərə bilələr